reklam
Regionxeberlericom.az » Gündəm » Hərbçimiz özünü güllələyərək öldürüb - Rəsmi

reklam

Hərbçimiz özünü güllələyərək öldürüb - Rəsmi

















Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.




Paylaş:


Müəllif : Tarix:
26-07-2023, 15:47
Sikayət   


loading...
Загрузка...