AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində NƏLƏR BAŞ VERİB? - İLGİNC İDDİALAR...
Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızı növbəti dəfə bizə yazıb. Əvvəlki üç müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi.
Bu dəfə də olanlar xatırlanır, həm də hayqırtı ilə… Bir ananın hayqırtısıdır bu, Qoşqar Təhməzlinin eşitmək istəmədiyi ANA HAYQIRTISI!
* * *
Bu hayqırışla ədalət tələb etdiyim bütün aidiyyəti orqanlara müraciətlərim nəticəsiz qalır. Oğluma AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında sektor müdirinin yumruq zərbəsi vurması, arxasınca stolüstü ləvazimatları, su bardağını atması, nalayiq ifadələr işlətməsi hələ də müraciət etdiyim təşkilatlarda adi hal kimi qarşılanır. Bu hərəkətləri işçilərin gözü qarşısında etmiş sektor müdiri sadəcə yəqin ki, müvəqqəti olaraq AQTA-nın Quba-Xaçmaz Regional Bölməsindəki sektor müdiri vəzifəsindən uzaqlaşdırılıb, eyni vaxtda illərdir icra etdiyi ikinci vəzifəsində -baytar həkimi vəzifəsində çalışmasına “göz yumurlar”. Yəqin AQTA-nın rəhbərliyi fikirləşir ki, belə “məziyyətlərə” malik kadrı əldən çıxarmaq olmaz. Ona görə də “adam döyən” kadrını “zapaskada” saxlamağa davam edirlər. Hətta belə işçi tərəfindən oğlumun iş yerində döyülməsinə şərait yaradan AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyevə “gözün üstə qaşın var” deyilmir, əvəzolunmaz rəis kimi Bölmədə rəhbərliyini davam etdirir. Xatırladıram: bu o rəisdir ki, oğlumu döyən sektor müdirinə “+++ müsbət” xasiyyətnamə vermiş, bunun nəticəsində cinayət işi bağlanmışdır.
Cənab AQTA-nın rəhbəri!
Bu yazdıqlarım məhz Sizin rəhbərlik etdiyiniz Agentlikdə baş verir! Hansısa cəngəllikdə yaşayan “çunqaçuk” tayfasının döyüş səhnəsindən bəhs etmirəm. Bu hadisə məhz Sizin Agentlikdə baş verib. Məhz Ağentliyin Quba-Xaçmaz Regional Bölməsində, iş yerində oğlum sektor müdiri tərəfindən döyülüb. Bölmədə belə neqativ, qeyri-əxlaqi hadisələr birinci dəfə deyil baş verir. Belə ki, 2022-ci ilin yayında bölmədə ailə-məişət zəminində erkək cinsinə mənsub işçiniz ilə əlaqədar qeyri-adi hadisə baş vermişdir. Bu hadisə də Zaur Fərzəliyev tərəfindən ört-basdır edilib, hal-hazırda da həmin işçi bölmədə işləməkdədir.
Bölmənin “Niva” markalı avtomobili 2022-ci il tarixdə qəzaya uğrayıb, texniki cəhətdən qəzalı vəziyyətdə istismar edilməkdə davam etdirilir. Bu hadisə də rəhbərlikdən gizlədilib. Bölmənin ərazisində olan obyektlərin bəzilərində hər həftə yoxlamalar aparıldığı halda, sahibləri Z.Fərzəliyevin “rəğbətini” qazanmış digər obyektlərdə isə aylarla yoxlamalar aparılmır. Bölmənin işçilərinin bəziləri qeyri-qanuni 2 vəzifə daşıyıb, 2 ayrı əmək haqqı alırlar. İşçilərin bəziləri günlərlə bölmədə işə gəlmirlər. bunu onların imzaladığı yoxlama aktları ilə müəyyən etmək çox asandır.
Lakin bunları araşdırmaq istəyən kim? Siz ki, oturduğunuz kabinetin divarlarını səskeçirməz materialla örtdürüb, qapınızı üzümüzə – şikayət edənlərə elə qapamısınız ki, səsimizi, cənab Qoşqar Təhməzli, eşitmirsiniz və yaxud da eşitmək istəmirsiniz!
Oğlumun iş yerində döyülməsindən sonra gözlədim ki, bu hadisənin baş verməsinə şərait yaradan Zaur Fərzəliyev və onun himayədarlıq etdiyi sektor müdiri oğlumdan və məndən üzr istəyəcək. Lakin hardan!!! Görün bunlar eqolarını nə qədər yüksəkdə tuturlar ki, bizim kimi zərərçəkmiş, sadə insanlardan üzr istəməyi də özlərinə sığışdırmırlar. Hətta hadisəni ört-basdır etməyə çalışırlar: müşahidə kameralarındakı görüntülərini yox etdilər, hadisə şahidlərinə təsir etdilər, böhtan atmaqdan çəkinmədilər. Belə ki, hətta sektor müdiri özünü zərərçəkmiş kimi də göstərib, mənim – 62 yaşlı qadının onu döyməsi haqda ifadə verib. Sən bir işə bax!
Sonra da bunu inandırıcı olmadığını bilib, yəni “bağışlayıb”. Oğlumun “sən özün öl” cavab qaytarmasını həzm edə bilməyən, bu cavaba görə oğluma yumruq vuran bu adamı mən “döyəcəm”, o da əlini-qolunu sallayıb, mənə baxacaq, cavab hərəkəti etməyəcək! İnandırıcıdırmı?
Maraqlıdır AQTA-nın rəhbərliyi Agentliyin strukturlarına kadr qəbul edərkən işçilərində hansı ölçü meyarlarını əsas götürürlər? AQTA-nın rəhbərliyi, Siz nəyə əsasən oğlumun təhqir olunmasında məsul olan şəxsləri müdafiə edirsiniz? Bəlkə Siz elə güman edirsiniz ki, mən bu yazışmalardan bezib, bir gün susacağam. Əsla yox!
Ədalət bərpa olunanadək mən mübarizəmi davam etdirəcəyəm. //yenixeber.org//
Paylaş:
Müəllif : Fuad
Tarix:1-08-2023, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər