Başçının `SAĞ ƏLİ` də, `SOL ƏLİ` də `BUDANDI`: BƏS ÖZÜ... - İLGİNC GƏLİŞMƏ
Cəlilabadda həyata keçirilən səs-küylü həbslərin yaratdığı rezonans hələ uzun müddət diqqət mərkəzində olacaq. Xtırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.
Məlumatlarda deyilir ki, həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.
Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Burada xüsusi diqqət olunmalı məqamlardan biri də saxlanılanların vəzifələrindən məhz MƏHKƏMƏ QƏRARI ilə azad olunmalarıdır. Görünür, belə bir zərurət yaranıb. Halbuki, bu kimi məqamlarda səlahiyyət sahibinə "hədəfdə olan məmurlarla" bağlı "qabaqcadan tədbir görmə" fütrsəti tanınardı. Amma göründüyü kimi, Cəlilabad RİH başçısı Rafiq Cəlilova belə bir şans tanınmadı.
Onu da qeyd edək ki, həıbs olunan şəxsləri Cəlilabad sakinləri Rafiq Cəlilovun "sağ əli" və "sol əli" kimi dəyərkləndirirlər. Deməli, hüquq-mühafizə orqanları Rafiq Cəlilovu əməlli-başlı "budayıblar"... Bu budama iki məqsəd üçün hesablana bilər:
1. Ya bşçını bu yolla zərərsiz hala gətirirlər və hər şey onun görəvdən alınmasına hesablanır...
2. Ya da başçıya növbəti şans verilir.
Bunu isə irəliləyən zamanda görəcəyik. Yazı ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2023, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər