reklam
Regionxeberlericom.az » Gündəm » İsmayıllının İstisu kənd sakinləri prezidentdən kömək istəyir-MÜRACİƏT

reklam

İsmayıllının İstisu kənd sakinləri prezidentdən kömək istəyir-MÜRACİƏT


















RegionXəbərləricom.az-ın elektron poçtuna İsmayıllı rayonu İstisu kənd sakinləri tərəfindən məktub daxil olub. Vətəndaşlar sakini olduqları kənd yolunun düzəldilməsi üçün mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayırlar.

"Biz bu müraciəti imzza edən şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik.İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir.Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur indiyə kimi bu kəndə yol çəkilməyib.Bəlkədə Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın.Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətda piyada yermək çox çətindir.Bu səbəbdən əhali çox əziyyət çəkir.Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var.Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur.Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır.Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.

Yolun olmamasına görə kəndə turistlər gələ bilmir.Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür.Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur.Kəndə yol çəkilərsə turistlər axın edəcək.

Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib. 

Cənab  İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub.Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən  xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz."


 




 

 

 

 

   

 




Paylaş:


Müəllif : Tarix:
3-08-2023, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər