reklam
Regionxeberlericom.az » Gündəm » Ağsuda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - NARAZILIQ VAR!

reklam

Ağsuda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - NARAZILIQ VAR!









Yəqin çoxsaylı oxucularımızın xatirindədir ki, bir müddət bundan öncə Ağsu rayonu, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlunun üzüzə qaldığı problemin mahiyyəti haqda bir neçə dəfə məqalə yayımlayıb, baş verənlərlə bağlı geniş ictimaiyyəti ətraflı məlumatlandırmışdıq. Məqalələr yayımlandıqdan sonra elə düşünürdük ki, Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin, həmçinin hər iki vəzifə sahibinə dəstək verən digər şəxslərin, Alov Hacıyeva qarşı bəslədikləri amansız aqressiyaya son qoyulacaq. Amma, bu heç də belə olmadı. Yəni, günlər, həftələr, aylar keçdikcə hər iki vəzifə sahibinin və digər şəxslərin heç bir əsas olmadan hədəfə götürdükləri Alov Hacıyev, daha dözülməz duruma düçar olur. Belə bir səbəbdən də Alov Hacıyev redaksiyamıza növbəti video-müraciətini təqdim edir və o, aidiyyatı dövlət qurumlarından, ələlxüsus daxili işlər naziri cənab Vilayət Eyvazovdan məsələlərə tam şəkildə aydınlıq gətirilməsi üçün, aidiyyatı üzrə lazımi tapşırıqlarını verməsini xahiş edir. Məsələn, bu şəxs video-müraciətində bildirir ki, “Göstərdiyim vaqonda 27 aprel tarixdə oğurluq hadisəsi baş verir və belə bir səbəbdən də, oğurluq faktı ilə bağlı polisə müraciət etdik. Polisdə bizə vəd verdilər ki, vaqondan oğurluq edən şəxsləri tapıb həbs edəcəyik. Buna baxmayaraq, oğurluq edən şəxslər müəyyən olunmadı və onların həbsi də həyata keçirilmədi. Əksinə, 29 aprel tarixdə gecə saat 4-də isə vaqonu yandırırlar. Hadisə yerinə yanğınsöndürənlər çatana kimi vaqon yanıb külə dönür və səhər tezdən FHN-nin əməkdaşları ilə bərabər, bir neçə nəfər polis əməkdaşı da hadisə yerinə gəlirlər. Qeyd edim ki, vaqonda heç zaman elektrik xətti olmayıb və işıqlandırma işləri yalnız generatordan istifadə olunmaqla təmin olunub. Həmin vaxt polis əməkdaşları mənə sual etdilər ki, kimdən şübhələnirsiniz? Mən şübhələndiyim şəxslərin adlarını birbir polisə bildirmişəm.

Əvvəllər hər iki şəxs məndən şikayət vermişdilər ki, vaqon kafe kimi fəaliyyət göstərir. Vaqon yalnız mövsümə uyğun fəaliyyət göstərirdi. Şikayətdən sonra vöen açdırdım və vaqona kassa aparatı qoydurdum. Qeyd edim ki, əvvəllər də vaqondan təqribən 1000 manat dəyərində oğurluq olunmuşdu. Vaqon 12 metr uzunluğuda, 4 metr enində idi. Oğurluq hadisəsindən sonra polisə izahat verib vaqon olan əraziyə qayıtdıqda gördüm ki, həm icra nümayəndəsi, həm də bələdiyyə sədri ərazidə çəkiliş aparırlar. O halda mən də onları çəkməyə başladım və az sonra polisə məlumat verdim ki, mən hər iki şəxsdən şübhələnirəm. Düzdür, Fərhad Fərhadov adlı şəxs də bunlara qoşulduqdan sonra, onlar məni “banditizm”ə verdilər. Guya ki, mən ərazidə reketçilik edirəm, icra nümayəndəsindən və bələdiyyə sədrindən aylıq haqq alıram və s. kimi addımlarımı atıram. Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, mən uzun illər dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etmişəm, özüm Qarabağ müharibəsi veteranıyam və hal-hazırda dövlətdən pensiya alıram. Bir sözlə, hər zaman dövlətimizin, xalqımızın yanında olan şəxs olmuşam. Hal-hazırda bu şəxslər məni həbs etdirmək istəyirlər. Ona görə də daxili işlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, təhlükəsizliyimin təmin olunması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını versin. Bir müddət bundan əvvəl, hər üç şəxsin şikayəti əsasında məni 10 saat “banditizm”də saxladılar və aparılan araşdırmalar zamanı bəlli oldu ki, barəmdə deyilənlərin hamısı ağyalandır. Bu gün mənim özüm onlardan şikayətçiyəm və həbs olunsam da, şikayətimdən geri çəkilən deyiləm. Çünki, mənim şəxsi əmlakımı dörd nəfər, yəni Orac Kazımov, Fərhad Fərhadov, Cavid Qədirov və Tofiq İmaməliyev altüst ediblər. Bu şəxslərin biri icra nümayəndəsidir, biri bələdiyyə sədridir, digəri isə İqtisadiyyat Universitetinin müəllim işləyir. Dörd ildir ki, bu şəxslərlə çəkişirəm və haqlı olduğum üçün bütün məhkəmələrdə mənim xeyrimə qətnamələr, qərarlar çıxarılıb. Qeyd edim ki, indiyə kimi bu şəxslərin fırıldaq əməllərini, hər cür mənimsəmə faktlarını üzə çıxarmağa çalışmışam. Araşdırılsa o da məlum olar ki, hər dörd şəxsin heç bir yaxını Qarabağ döyüşlərində iştirak etməyiblər, mən isə beş il bu Vətən uğrunda erməni faşistlərinə qarşı döyüşmüşəm”.

Bəli, baş verənlərə diqqət yetirdikdə bəlli olur ki, uzun illər ərzində dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edən, Vətən torpaqlarının yağı düşmən tapdağından azad olunması üçün həyata keçirilən döyüş əməliyyatlarında iştirak edən, bu gün isə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verən Alov Hacıyev, hal-hazırda olmazın olayla üzüzə qalıb. Ümidvarəq ki, bu şəxsin daxili işlər naziri cənab Vilayət Eyvazovdan etdiyi xahiş, yəni problemin lazımi səviyyədə araşdırılması yöndə istəyi qısa zaman kəsiyində ədalətin bərqərar olması ilə nəticələnəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq. //azerinfo.az//




Paylaş:


Müəllif : Tarix:
4-08-2023, 11:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər