Deputatın klinikası ilə vəkil arasında qalmaqal – 12 minə düzəldilən diş
Tanınmış vəkil İradə Cavadova “32 Gözəl” stomotoloji klinikasında qanunsuzluqla üzləşib.
Bu barədə “Yeni Sabah”a Cavadovanın özü məlumat verib. Hüquqşünasın sözlərinə görə, sözügedən klinika ondan külli miqdarda pul alsa da, keyfiyyətli iş görməyib.
Bundan başqa, ödənişlərlə bağlı heç bir qəbz verilməyib. “Bu klinikada yalnız rentgen müayinəsi üçün ödənilən məbləğə görə qəbz verilir. Diş qapaqlarının düzəldilməsi və müalicə üçün edilən ödənişlərə görə isə qəbz almaq mümkün deyil.
Məsələnin digər tərəfinə gəlincə, məndən külli miqdarda pul alıb, keyfiyyətsiz iş görüblər. Bu klinikada dişlərimin düzəldilməsi 9 ay çəkib. Səbəbi isə keyfiyyətsiz görülən iş olub. Dəfələrlə diş qapaqlarını söküb yenidən düzəltdilər. Lakin nəticəsi olmadı. Təsəvvür edin ki, üzümün quruluşu belə dəyişmişdi. Mən məcbur olub başqa klinikaya üz tutdum”, - deyə İradə Cavadova bildirib.
Hüquqşünas daha sonra əlavə edib ki, klinikanın həkimləri pul qazanmaq naminə müxtəlif üsullara əl atır: “Mən əslində 6 diş qapağı düzəltdirmək istəyirdim. Lakin həkim mənə dedi ki, digər diş qapaqları da sökülməlidir. Çünki artıq yararsız vəziyyətə düşüb. Beləliklə, mənə 6 diş qapağının yerinə 22 diş qapağı düzəltdilər. Özü də hamısını əvvəldən sökdülər.
Mən də artıq düzəltdirməyə məcbur idim və düz 12 min 400 manat pul aldılar. Sonradan mənə aydın oldu ki, həkim pul qazanmaq üçün sağlam diş qapaqlarımın yararsız olduğunu deyib”.
İradə Cavadovanın sözlərinə görə, pulunu geri almaq üçün 1 ildir danışıqlar aparır. “Bu klinikanın arxasında Milli Məclisin deputatı Adil Əliyev dayanır. Ona da müraciət etdim. Müraciətdən sonra klinikanın direktoru ilə görüşdüm. Eyni zamanda məktub yazaraq məndən alınan pullarla bağlı qəbz tələb etdim.
Nəticədə, pulun 5000 manatını qaytardılar. Yerdə qalan məbləğə gəlincə, həkim dedi ki, pulun hamısını cibimə qoymamışam, nə bilim faiz verirəm və s. Özləri də bilirlər ki, keyfiyyətsiz iş görüblər, məcbur olub dişlərimi ayrı klinikada düzəltdirmişəm, mənə əsəb, gərginlik yaşadıblar”.
Hüquqşünas məsələ ilə bağlı hələ ki, məhkəməyə müraciət etməyib. “Hələ danışıqlar gedir. Həkim deyir ki, kimə istəyirsiz şikayət edin. Görünür, arxasında dayananlara güvənir. Lakin mən bu məsələdə sona qədər gedəcəm”, - deyə İradə Cavadova vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2019, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2019, 17:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09