reklam
Regionxeberlericom.az » Gündəm » Lənkəranda qanunsuz “kupça” əməliyyatı: məhkəmə və dövlətə hökm edən kimlərdir?

reklam

Lənkəranda qanunsuz “kupça” əməliyyatı: məhkəmə və dövlətə hökm edən kimlərdir?










Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib.

Dövlət qurumları da “Yox” deyib

Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”.


















Müəmmalı çıxarış sənədi

Hazırki durum isə bundan ibarətdir ki, işbazlar hansısa yolla binaya çıxarış alıb, amma tikiliyə eksprtiza rəyi verilməyib və Şəhərsalma idarəsi binanın tikilməsinə icazə verməyib. Elə maraqlıdı odur ki, ayrı ayrı qurumlar bir birlərini ziddinə, zidd qərarlar verirlər. Bunlar külli pul verib reisterden məsələni həll etsə də bele, amma şəhərsalma razılaşmır bunlarla, səbəb binada olan qanuna ziddiyyətləri. Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində olan Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarış ciddi şübhələr yaradır və bunu növbəti yazımızda araşdıracayıq. Bunun cavabını kim verecek?

Şirvan inzibati-məhkəməsinə hüquq dərsi

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq çıxarışın verilməsinə qanunsuz əsas yaradan Şirvan inzibati-məhkəməsinin hakiminin diqqətinə çatdıraq ki, Azərbaycan Respublikasında hər hansısa daşınmaz əmlak (yaşayış sahəsi və ya qeyri yaşayış sahəsi) üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qanunlarımızda tam olaraq müəyyən edilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsini və xüsusilə bu sahədə daha da xüsusiləşmiş qanun olan Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununu qeyd etmək lazımdır. Bildirim ki, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar açıq şəkildə qeyd olunub:

“8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı”

Buradan da göründüyü kimi bütün əsaslar qanunvericiliyimizdə heç bir açıq buraxılmadan tam şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Məhkəmələri də bu məsələlərə, yəni hər hansı bir daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı məsələlərinə baxarkən bu qanunu rəhbər tutmalıdırlar. Lakin sözügedən çıxarış Şirvan İnzibati Məhkəməsinin qərarı əsasında verilmişdir. Lakin həmin daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı və çıxarış verilməsi üçün Qanunvericiliyimizdə sadalanan əsaslardan heç biri mövcud deyil. Buradan da belə bir sual yaranır ki, bəs Məhkəmə hansı Qanunda, hansı normativ aktda olan əsası rəhbər tutaraq bu qərarı qəbul etmişdir.

Buradakı qanunsuzluqlar tək bunlarla da bitmir. Sözügedən çıxarışda torpaq sahəsinin kateqoriyası kimi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilib. Lakin həmin sahədə çoxmənzilli bina tikilib. Hər bir dövlət orqanı da çox gözəl anlayır ki, çıxmənzilli bina sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların üzərində deyil, yaşayış sahəsi təyinatlı torpaqların üzərində inşa edilməlidir. Qeyd etdiyimiz kimi dövlət orqanlarına edilən müraciətlərə gələn cavablar da bunu göstərir ki, həmin binanın tikintisi qanunsuz olmuşdur. Həmin sahədə çoxmənzilli binanın tikintisinə heç bir dövlət orqanı icazə verməyib. Bəs həmin sahədə qanunsuz olaraq inşa edilən bu binaya hansı səbəbdən heç bir dövlət orqanı müdaxilə etməyib? Bu bina inşa etdirildikdən sonra da çoxsaylı şikayətlərə baxmayaraq heç bir orqan əməli bir hərəkət etməmiş və bütün bu qanunsuzluqlara göz yummuşdur.

Hal-hazırda da qanunsuz olan Məhkəmə qərarı ilə alınmış çıxarışla tikilmiş bina həmin ərazidədir və hələ də heç bir dövlət orqanı bu məsələyə müdaxilə etmir. Dövlət orqanları və Məhkəmələrin bu cür qanunsuz hərəkətləri davam etdikcə Respublika ərazisində bu hallar durmadan artacaq. Bu isə vətəndaşlarımızda Dövlətə qarşı olan güvən və inamın məhvinə gətirib çıxarır. Bu səbəbdən bu qanunsuzluqların tez bir şəkildə aradan qaldırılması çox önəmlidir.

“Bir sahibkar dövlətdən və qanundan güclüdür”

Yuxarıda qeyd etdiyimiz kimi əgər Lənkəran icra hakimiyyəti bildirirsə, tikilən tikili qeyri qanunidirsə bəs necə olur ki, Şirvan inzibati-məhkəməsi bu qeyri qanuni tikiliyə cixariş verir. Hansı qərarə əsasən? Yaxınıqdakı evlər qəzalı və yaşanmaz haldadır hal hazırda. Lənkəran icra hakimiyyəti özü məktubda bunu qeyd etmişdir və hətta qurum tərəfindən evlərimizə baxış keçirilmiş, evlərimizin tikilən tikili tərəfdən qəzalı vəziyyətə düşməsi qeyd edilmişdir. Sabah bu tikili və uçanda və ölum və ya hər hansı bir uçqun baş verərsə, kim bunun cavabını verəcəkdir? Qərarı qəbul edib ve təstiq edən “hakim” verecek cavabı? Vətəndaşlar cumhuriyyet.az-a yazır: “2-həyət yani sahə olsada evimiz, bildirim ki, 4-ailə yaşayır bu həyət yanı sahədə, 20-yə yaxın sakin var?* *Sabah bu insanların ölümünü kimin adına yazılacaq? Həqiqətən bir fərdi sahibkarin əlində dövlət qurumları və ali orqan olan məhkəmə bu qədər-mi acizdir? FHN-yi bizə bildir ki, məhkəməyə vermişik söküləcək, və ya digər qurumlar tərəfindən bildirildi ki, istintaq işi açılıb, amma, heç bir faydası olmadı, Prokurorluqda yəqin ki istintaq işinə xitam verilib və FHN-da məhkəməyə vermədi. Belə çıxır ki, Azərbaycan Respublikasının qanunları bu adamlar üçün işləmir. Bizim bir səsimizi duyacaq biri yoxdur. Bir qurum yoxdur ki, sabah biz bu tikilin üstümüzə aşmasinin qabağını alsın. Bu qədər öz başınaliq olar? Bir fərdi sahibkar, bu ölkədə nələrinsə hesabına bu qədər dövlət qurumlarin susdurub, qeyri qanuni işini davam etdirirsə, hər şey göz qabağındadır.”

Qalmaqalın arxasında kim durur?

Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Oğlu qanunlara tüpürür... başçı da görməzlikdən gəlir...

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir.




Paylaş:


Müəllif : Tarix:
8-08-2023, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər