reklam
Regionxeberlericom.az » Gündəm » Vergi Xidməti buralara bir GÖZ ATSIN... - İTTİHAM VAR!

reklam

Vergi Xidməti buralara bir GÖZ ATSIN... - İTTİHAM VAR!


Müdriklərimiz demişkən, ilan vuran ala çatıdan qorxar...

Bizi qınamayın...Nə vaxt söhbət ölkəmizdəki qonaq evlərindən, hotellərdən düşür, biz də...ala çatıdan qorxan kimi qorxuruq...

Əslində, bütün zamanlarda qonaq evləri, karvansaralar, mehmanxanalar olub və ölkəyə gələn insanlara, qonaqlara, tacirlərə və s. xidmət edib. Amma son illər Bakıda və regionlarımızda hotellərin sayı yağışdan sonrakı göbələk kimi durmadan artır... Və ən dəhşətlisi odur ki, bu hotellər barəsində əhali arasında, sosial mediada ancaq və ancaq mənfi fikirlər səslənir... Heç uzağa getməyək...bir neçə gün öncə hotellərin birində əcnəbi ərəb turist ölmüşdü.

Rəsmi məlumat yayıldı ki, əcnəbi ərəb hoteldə cinsi gücü artıran dərmanlardan çox istifadə etdiyi üçün ürəyi dayanıb... Çox üzr istəyirik, məgər hotellər seks məkanıdır, bir daha üzr istəyirik fahişəxanadır ki, ərəb orada cinsi ehtiyacını ödəyirmiş...

Məlumdur ki, dünyanın bir çox sivil ölkələrində fahişəxanalar açıq fəaliyyət göstərir, dövlətə vergi ödəyir, orada təhlükəsizlik qorunur, tibbi-gigiyena normalarına ciddi riayət olunur və s və i...

Bizdə isə birdən oxuyuruq ki, filan rayonda baş həkim gecələr xəstəxananı əxlaqsızlıq yuvası kimi istifadə edir və daha nələr...

Sözümüzün canı odur ki, hər bir obyekt öz təyinatına uyğun olaraq işləməlidir... Əgər bura hoteldirsə, qoy hotel kimi fəaliyyət göstərsin, yox, intim məqsədlər üçündürsə, qapısına yazın qoy hamı da bilsin....

Bəli, biz dəqiq bilirik ki, xeyli yüksək dövlət məmuruna məxsus hotellər var ki, təyinatı bambaşqadır, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir...

Təsəvvür edirsiniz, vaxtilə dini qurumlara rəhbərlik etmiş, adını çəkmək istəmədiyimiz şəxs öz hotelinə gələnlərə deyir ki, narahat olmayın otaqlarda gizli kamera yoxdur....

Sözün qısası, ölkəmizdəki hotellərdə baş verənlər təkcə mənəvi məsələ deyil, həm də cinayət əməlləridir...

Biz konkret olaraq kiminsə, yaxud hansısa hotelin fəaliyyətini qaralamaq istəmirik. Amma ortada araşdırma üçün ciddi olayların olduğu hotellərdən biri də "HOMEBRİDGE" hotelidir. Bakı şəhəri, Səbail rayonu, Şıxov deyilən ərazidə yerləşən, Xəzər dənizinin gözəl mənzərəsini seyr etməyə imkan verən bu hotel müasir arxitektura stilində inşa olunub, 5 mərtəbəlidir, "lyuks" səviyyəli olan 65 otaq individual dizayna malikdir. Hotelin yüksək səviyyəli "SAUNASI", üzgüçülük hovuzu gecə-gündüz işləyir.

Birinci ondan başlayaq ki, əgər hotel-istirahət kompleksində ciddi audit yoxlaması aparılsa, ciddi maxinasiyalar, külli miqdarda vergidən yayınma faktları ortaya çıxacaq. Bura Rusiyadan, Ukraynadan və başqa ölkələrdən dəvət olunan qızlar nəyə və kimə qulluq edirlər..?

Düşünürük ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yolunu "HOMEBRİDGE" hotel-istirahət kompleksindən salsa, burada nələr baş verdiyini öz gözləri ilə görəcəklər... //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
10-08-2023, 08:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər