reklam
Regionxeberlericom.az » Gündəm » Musiqi alətlərini tanımadan şöbə müdiri işləyiblərsə, "not" bilməmək nədən...

reklam

Musiqi alətlərini tanımadan şöbə müdiri işləyiblərsə, "not" bilməmək nədən...














Qlobal mədəniyyətin formalaşması,mədəniyyətlərin transformasiyalar nəticəsində xarici amillərin təsirinə məruz qalması,ölkəmiz qarşısında da yeni-yeni öhdəliklər yaradır.Bu mənada mədəniyyətimizin,tarixi abidələrimizin,qədim musiqi alətlərimizin,milli mətbəximizin- Azərbaycana məxsusluğunun qorunub saxlanmasında məsuliyyət Mədəniyyət Nazirliyinin,onun yerli şöbələrinin üzərinə düşür. Bu anlamda savadlı kadrlarla işlənilməyəndə əlavə problemlər ortaya çıxır.

Nədən? Çünki işi, iş bilənə tapşırmadıqda,savadlı mədəniyyət işçiləri kənarda qaldıqda rayonlarda mədəniyyət abidələrimizin qorunub saxlanmasına biganəlik artır.O da faktdır ki,zamanla rayonlarda mədəniyyət şöbələrinə mühasib,zootexnik,hətta baytar ixtisaslı şəxslərin rəhbərlik etməsi səbəbindən tarixi abidələr istənilən şəkildə qorunmayıb bərpa və restavrasiya işlərindən kənarda saxlanılıb.Rəhbər şəxsləri mədəni abidələrin qorunması,abidələrə yanaşmada insanların maarifləndirilməsi deyil, pul qazanmaq maraqlandırıb.

Maliyyə yoxlamalarının nəticələri barədə məlumatlar açıqlananda ictimaiyyət bilib ki,bu idarələrdə artıq ödəmə, təyinatdan yayındırma,nəzərdə tutulan yanacaq pulunun mənimsənilməsi,lazımsız ştatların saxlanması kimi bir çox maliyyə pozuntularına yol verilib.Bir sözlə dövlət vəsaitinin mənimsənilməsində xüsusi istedada malik olublar.Eləcə də mədəniyyət şöbə müdiri olub ki,nazirinin adındakı axrıncı hərfin "Z" yoxsa "S" olduğunu bilməyib,hər ay katibəsindən soruşmaq məcburiyyətində qalıb.

Deməli,sabiq Mədəniyyət nazirləri tərəfindən rayonlarda işlədilən belə şöbə müdirləri bölgələrdə yüksək mədəni xidmətin həyata keçirilməsində,poeziya günlərinin təşkilində maraqlı ola bilməzdilər,o cümlədən də yaşı əsrlərlə ölçülən abidələrin bərpasına yanaşma tərzləri istənilən şəkildə ola bilməzdi.Musiqi alətlərini tanımadan bu sahəyə rəhbərlik edənlərdə vardı,tarixi abidələrin yerləşdiyi yerlərin kommersiya strukturu kimi istifadəsinə razılıq verənlər də tapılırdı.Daha onlardan soruşan yox idi ki,musiqi mədəniyyəti tarixindən anlayışları varmı,musiqi alətlərini tanıyırlarmı,musiqi alətləri neçə qrupa bölünür,zərb alətlərinə hansı musiqi alətləri aiddir vəs.

Qaldı saytların bu günlərdə Gəncə Dövlət Filarmoniyası və oranın direktoru Rəşad Yusifov barəsində yazdıqlarına, aidiyyatı şəxslər burada da qeyri adi heç nə axtarmazlar. Çünkü indiyə kimi bir çoxları musiqi alətlərini tanımadan şöbə müdiri işləyiblərsə, indi "not" bilməmək nədən təəccüb doğursun ki,düşünməzlərmi?

Yəni Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun "not" nədir bilmədiyi halda, 200 nəfərə yaxın ali və orta ixtisaslı musiqi təhsilli müəllimlərə rəhbərlik etməsini qanun pozuntusudur, kimi demək,yazmaq hardasa Azərbaycan cəmiyyətində,Mədəniyyət Nazirliyində də təəccüb doğurmaz.

Faktinfo.az




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 09:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər