Şeyxin gözü hələ də NƏZİR QUTULARINDA QALIB? - QALMAQAL
Yasamal rayonunda məsciddə nəzir qutularının oğurlanması yenidən yığılan ianələr mövzusunu aktuallaşdırıb. Yada salaq ki, rayon ərazisində yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluqda şübhəli bilinən 34 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.
Azərbaycanda nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi hələ də müəmmalı olaraq qalır. İllərdir nəzir qutularına toplanan ianələrin nə hesabatı açıqlanır, nə də şəffaflığın təmin olunması məqsədilə aidiyyəti üzrə xərcləndiyi barədə məlumat verilir.
Halbuki hər gün minlərlə insan axını müşayiət olunan məscid, pir və digər yerlərdə nəzir qutularına atılan məbləğin miqdarı da azlıq təşkil etmir. Hansı ki, bir ildən çoxdur ki, nəzir qutularına nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə mövzu ilə bağlı Bizim.media-ya danışıb. O deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutularına nəzarəti genişləndirməlidir: “İki il əvvəl "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edildi. Bu qanunda nəzir qutuları ilə bağlı məsələ də müəyyən qədər öz həllini tapdı. Nəzirin onlayn şəkildə və hansı formada ödənilməsi, bu ödənişlərə kimin və necə nəzarət etməsi məsələləri müzakirə edildi. Bilirsiniz ki, nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni qanunla bu məsələ komitənin üstündədir. Nəzir qutularından edilən oğurluq məsələsinə gəlincə, bu hadisə həmin məscidlərdəki insanların səhlənkarlığı və nəzarətsizliyi ucbatından baş verib. İstər məscid, istər başqa bir yer, yaxud məktəbin bufeti, orada nəzir qutularına ödənişlər varsa, bu məsələnin təhlükəsizliyi müzakirə mövzusu olmalıdır.
Təbii ki, hər bir yerdə insident və ya oğurluq halları ola bilər. Hansı ki, bəzi insanlar hələ də təxribatlarla məşğuldurlar. Onların dini əqidəsi yoxdur və hər bir yerdə bunu edə bilərlər. Hesab edirəm ki, istənilən halda Dini Komitə bu məsələyə nəzarəti genişləndirməli və gücləndirməlidir".
Deputat elektron ianə tətbiqindən sonra nəzir qutularına ehtiyac olub-olmaması məsələsinə də toxunub. O, deyib ki, sistem işə düşsə, artıq nəzir qutularına ehtiyac qalmayacaq: “Amma bu qutuların olub-olmaması yenə də Dini Komitənin səlahiyyətindədir”.
Göründüyü kimi, Şeyxdən alınan nəzir qutularına yığılan pulların taleyi ilə bağlı şəffaflıq və hesabatlılıq yenə yoxdur? Niyə?
Məlumata görə, Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qanunda dəyişiklik ediləndən sonra bu məsələ bilavasitə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətindədir: “Dövlətin hər hansı şəkildə nəzirlərin harasa getməsinə, yaxud da uyğun olmayan mənbələrə axmasına imkan verməyəcəyi bəllidir. Ona görə də burada kifayət qədər ciddi nəzarət var. Amma bəzən qeyri-qanuni nəzir qutularının qoyulması, bundan istifadə edilməsi halları da olur. Hər halda, dövlətin əlində buna müdaxilə etmək imkanı var. Bu baxımdan, narazılıq üçün əsas qalmır. Hesab edirəm ki, bu məsələdə daha ciddi düzənləmələrə ehtiyac yoxdur. Bütövlükdə biz çalışmalıyıq ki, nəzir qutusu anlayışını cəmiyyətin gündəmindən çıxaraq. Çünki bu, cəhalətin, mövhumatın əsas görüntülərindən biridir. Bundan cəmiyyətimizi xilas etməliyik. Qaldı digər məsələlərə, lazım gələrsə, qanunvericilikdə müəyyən düzəlişlər etmək olar”.
İlahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edildikdən sonra məscidlərdə və ziyarətgahlardakı nəzir qutuları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyinə verilib və məscidlərin birində nəzir qutusunun oğurlanması konkret cinayət əməlidir: “Bu faktın araşdırılması da hüquq-mühafizə orqanlarının üzərindədir. Lakin cəmiyyəti düşündürən sual oğurluq hadisəsi deyil, yığılan nəzirlərin hansı məqsədlər üçün xərclənməsidir. Dövlət Komitəsi nəzir qutularına yığılan vəsaitin xərclənməsi üçün şəffaf qaydalar tətbiq etməli, nəzir verən insanlar da etdikləri yardımların hansı istiqamətdə xərcləndiyi barədə məlumat əldə etməlidir. Bu problem təkcə nəzirlərin elektron qaydada ödənilməsi ilə aradan qaldırıla bilməz. Nəzir qutularına nəzarət Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olanda vəsaitlərin xərclənməsi ilə bağlı bu şəffaflıq təmin olunmadığı kimi, indi də eyni qayda davam edir.
Vətəndaşların etdikləri ianələrin hansı məqsədlər üçün xərclənməsi ilə bağlı Türkiyə Diyanət Vəqfinin nümunəsini ölkəmizdə tətbiq etmək mümkündür. Türkiyənin Diyanət Vəqfi təhsil fəaliyyətləri çərçivəsində müxtəlif səviyyələrdə təhsil müəssisələri, böhran bölgələrindəki şəraitə uyğun formal və peşə təhsili modelləri və yerli təqaüd proqramları həyata keçirir. Bu çərçivədə 16 ölkədəki 33 təhsil müəssisəsində 10.000-dən çox tələbəyə təhsil imkanları təqdim edir. Vəqfin təhsil proqramı təkcə tələbələrə təqaüd verməklə məhdudlaşdırılmır. Vəqf orta məktəblərdə də bu təqaüd proqramını həyata keçirir. Bu yardım proqramlarını həyata keçirmək üçün ölkənin Təhsil Nazirliyi ilə əməkdaşlıq edilir. Bundan əlavə, ölkə daxilində və xaricdə yardım kampaniyaları təşkil edilir. Diyanət Vəqfi imkansız insanlara müxtəlif yardımlar edir. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündür. O zaman yığılan vəsaitlərin necə xərclənməsi barədə vətəndaşların məlumatı olacaq"
İlahiyyatçı əlavə edib ki, insanlar nəzir verərkən onun Allah yolunda xərclənməsinə ümid edib, bu vəsaitləri verirlər: “Vətəndaşlar əmin olsa ki, onların etdiyi yardım imkansız insanların maddi vəziyyətinin normallaşdırılmasına xərclənir, mənəvi baxımdan rahatlıq tapacaq”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə ad çəkməsə də Şeyxin qardaşının açıqlamasına sərt reaksiya verib: “Görünən odur ki, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır, nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir.
İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər. Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Məlumatda vurğulanıb ki, ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: “Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək. Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2023, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər