reklam
Regionxeberlericom.az » Gündəm » Nazirlik deputatın şirkəti ilə BACARA BİLƏCƏKMİ?.. - Hələliksə sakinlər deyir ki...

reklam

Nazirlik deputatın şirkəti ilə BACARA BİLƏCƏKMİ?.. - Hələliksə sakinlər deyir ki...













Lənkəran rayonunun Təngivan kənd sakinləri deyir ki, son 1-2 gündür gecələr havadan üfunət iyi çəkilib, amma çayda hələ də lillənmə müşahidə edilir.

Təngivanlılar uzun illərdir Lerikin Piran kəndində yerləşən “Lerik Broyler MMC”yə məxsus “Lebro” quşçuluq təsərrüfatının havanı və Lənkəran çayı çirkləndirdiyindən şikayətlənirlər. Sakinlər bir neçə dəfə etiraz aksiyası keçirməyə də cəhd ediblər. Onların sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu kənddədir. Şikayətçi tərəf kimi kənd sakinləri də monitorinqdə iştirak edirlər.

Kənd sakini Vüqar Əliyev Meydan TV-yə bildirib ki, əvvəlki illərdə də şirkət cərimələnib. Amma cəriməni ödəməyib və işini davam etdirib.

“Əvvəllər də belə olub. Məsələ ictimailəşəndən sonra toyuq tullantılarını yandırmağı dayandırıblar. Prezidentin ekoloji məsələləri diqqətdə saxlamasından sonra çox ümidliyik. Yəqin ki, uzun müddət ətraf mühitin çirkləndirilməsi dayandırılacaq”,- sakinlər bildiriblər.

Vüqar Əliyev isə deyib ki, bir neçə gün bundan əvvəl çay yenidən lilli olub:

“Broyler şirkəti deputat İqbal Məmmədovundur, yaxınları tərəfindən işlədilir. Bundan başqa, deputatın Lerikdə karxanası da var. Çay 3 mənbədən broyler təsərrüfatı, deputatın karxanası və Təngivandakı tanınmış rəssamlardan birinin karxanası tərəfindən çirkləndirilir. Nazirlik hazırda əsasən broyler təsərrüfatı ilə məşğuldur”,- sakinlər deyib.

Onlar bildiriblər ki, uzun aylardan bəri ilk dəfədir üfunətsiz gecə keçirirlər.

“Lerik Broyler MMC”-dən məsələ ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər və “şirkətimiz ölkənin ən iri broyler şirkətidir” deyə suala aidiyyatı olmayan açıqlama verməklə kifayətləniblər.

Lerikin Piran Kənd Bələdiyyəsindən isə deyiblər ki, onlar sakinlərin narazılığından xəbərdar deyillər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə monitorinq aparıldığını, nəticələrlə bağlı açıqlama verəcəklərini deyiblər. //Meydan TV//




Paylaş:


Müəllif : Tarix:
15-08-2023, 10:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər