Dələduzluqda ittiham olunan sabiq bələdiyyə sədri aclığa başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi prosesi davam etdirilib.
Sənədlərin tədqiqi zamanı təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovla hakim arasında mübahisə yaranıb. Vəkilin sənədlərlə tanış olmaq istəməsinə hakim narazılıq edib. Nəticədə mübahisə yaranıb.
Hakim prosesi sentyabrın 22-nə təxirə salıb. Prosesin təxirə salınmasına etiraz edən təqsirləndirilən şəxs Aytac Əliyeva aclıq aksiyasına başladığını elan edib.
İttihamda göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.
İttiham olunan bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər ediblər.
Aytac Əliyeva və Turkut İlknur ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2023, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər