Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfərinin vaxtı açıqlandı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də respublikada dövlət səfərində olacaq.
Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də bu ölkəyə dövlət səfərində olacaq. Səfər proqramında iki ölkə liderinin iştirakı ilə yüksəksəviyyəli danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”, - xəbərdə deyilir.
O cümlədən, gündəliyə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi daxildir.
Mətbuat Xidmətinin məlumatına görə, danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2023, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər