reklam
Regionxeberlericom.az » Gündəm » Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

reklam

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib


Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Paraqvay Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.




Paylaş:


Müəllif : Tarix:
21-08-2023, 11:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər