reklam
Regionxeberlericom.az » Gündəm » Gəncədə dövlət qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib - VİDEO

reklam

Gəncədə dövlət qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib - VİDEO













Gəncədə yaşayan sahibkar Elvin Abdiyev ona məxsus olan mebel mağazasından uzun müddətdir ki, istifadə edə bilmir.

Xezerxeber.az xəbər verir ki, səbəb obyektin ətrafındakı ərazinin qonşuluqdakı digər sahibkara icarəyə verilməsi və ehtiyat qəza çıxışının onlar tərəfindən bağlanmasıdır.

Sahibkarın vəkili deyir ki, ehtiyat qapının qanunsuz olaraq bağlanmasının təhlükəsizlik tələblərini pozması FHN-in müvafiq qurumlarının aktları ilə də təsbit olunub və açılmasına dair qərar verilib. Həmin qərar rəsmi olaraq aidiyyəti üzrə göndərilsə də, icrası bu günədək həyata keçirilməyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 30 avqust 2021-ci il tarixli müqavilə ilə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə M.Xələfov küçəsinin qərb tərəfi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700 kv.m torpaq sahəsi Ramiz Qurbanova icarəyə verilib. Vətəndaş Elvin Abdıyev ona məxsus obyektin ehtiyat qəza çıxış yolunun icarədar tərəfindən müxtəlif üsullarla kəsilərək, fəaliyyətinə maneələrin törədildiyi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə müraciət edib.

Müraciətə baxıldıqdan sonra Dövlət Xidməti Ramiz Qurbanovla bağlanan icarə müqaviləsini ləğv edib. O, isə Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Torpaqdan istifadə hüququna xitam verilməsi barədə sərəncamın ləğv edilməsi” tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırıb.

“İddia təmin olunub. İcarə müqaviləsi qüvvədə saxlanıb.”

Əmlak Məsələləri Dövlət Xidməti Gəncə İnzibati Məhkəməsinin qərarı ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müvafiq olaraq apellyasiya və kassasiya şikayəti verib, hər iki məhkəmə tərəfindən şikayətlər təmin edilməyib.

Mövzunu şərh edən vəkillər kollegiyasının üzvü Elnur Əliyev bildirib ki, Əmlak xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bağlanmış müqavilənin ləğv edilməsi inzibati icraat haqqında qanunun tələblərinin pozulması ilə baş verdiyindən məhkəmə tərəfindən bu qərar ləğv edilib və müqavilə qüvvədə saxlanıb. Buna görə də, həmin Ərazi İdarəsi vətəndaşın müraciəti əsasında yenidən müqaviləni müvafiq qanunun tələblərinə uyğun şəkildə ləğv etməlidir. Eyni zamanda FHN-nin ehtiyat qapının açılması ilə bağlı müvafiq məktublarına əsasən qapının açılması yerli icra hakimiyyəti və polisin iştirakı ilə məcburi qaydada təmin edilməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
22-08-2023, 08:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər