reklam
Regionxeberlericom.az » Gündəm » Hər gün COCA-COLA içənlərin 20 faizi vaxtından əvvəl ölür... - Bakıdakı COCA-COLA şirkətinin Ramiz Mehdiyevlə, İlqar Abbasovla əlaqəsi...

reklam

Hər gün COCA-COLA içənlərin 20 faizi vaxtından əvvəl ölür... - Bakıdakı COCA-COLA şirkətinin Ramiz Mehdiyevlə, İlqar Abbasovla əlaqəsi...








Coca-Cola içkisinin insan sağlamlığına vurduğu ziyan, insan orqanlarını məhv etməsi barədə ötən dəfə yazdığımız araşdırma yazısı sözün həqiqi mənasında hətta özümüz üçün ciddi SİQNAL oldu. Yəni məsələyə sistemli yanaşanda və bu içki ilə bağlı dünya mediasında yazılanları oxuyanda adam dəhşətə gəlir. Söhbət adi danışıqlardan deyil, dünyanın güclü səhiyyə, ekspertiza mərkəzlərinin, laboratoriyalarının ortaya qoyduğu analizlərdən gedir.

Bu gün yenidən COCA-COLA ilə bağlı media üzərindən apardığımız araşdırma zamanı ən son məlumata rast gəldik. Oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq ən son məlumatı cəmiyyətə təqdim edirik: Deməli, ABŞ-ın Harvard Universitetində aparılan araşdırmada "Coca-Cola"nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı açıqlanıb. Xarici KİV xəbər verir ki, kola kimi qazlı içkiləri hər gün istehlak edənlərin 20 faizi vaxtından əvvəl ölür. Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını deyib: "Şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur".

Yəni söhbət ABŞ-ın Harvard Universitetindən gedir ee, bizim ABU-dan yox...

Məlumat üçün onu da qeyd edək ki, Harvard Universiteti ABŞ-nin və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır. Yəni Azərbaycanın dövlət büdcəsindən çoxdur. Harvard Universiteti ABŞ-nin ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir.

İndi tam aydın oldumu COCA-COLA ilə bağlı son məlumatı Harvard Universiteti yayıb və insanlara xəbərdarlıq edib. Amma min təəssüf ki, bu gün Azərbaycanda orta məktəblərin, uşaq bağçalarının bufetlərində körpələrə, şagirdlərə COCA-COLA içkisi satılır və biz gənc nəsli məhv edirik. Bu hələ harasıdır..? Bütün günü TV-lərdə COCA-COLA içkisi reklam edilir, hətta bu içkinin qapaqlarından QUMAR kimi də istifadə edilir. Yəni filan nömrə qapaqda olarsa, bu qədər udursan… Bütün bunlar hamısı cəmiyyəti şirnikləndirmək üçündür….amma sonda insanların sağlamlığı sıradan çıxır…

Biz bir media olaraq ötən araşdırma yazımızda qeyd etmişdik ki, “Coca-Cola” insanın mədə-bağırsağını, digər daxili orqanlarını məhv edir, bu içki orta məktəblərin bufetlərindən təcili yığışdırılmalıdır… Bu içkilərin zərəri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır… Axı, bizim özümüzün BADAMLI, SİRAB kimi gözəl sularımız var, durnagözlü bulaqlarımızın suyunu demirik…Nə üçün millətə PEPSİ, COLA kimi zərərli içkiləri içirtməliyik…

Bəli, kimlərsə milyonlar qazanacaq və millət zəlil olacaq…

Yeri gəlmişkən, media üzərindən araşdırma zamanı COCA COLA şirkətinin sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxın olduğu, hətta Suraxanının sabiq, Şirvanın indiki İcra Başçısı İlqar Abbasovun COCA - COLA şirkətində mühüm paya sahib olduğu qeyd olunur… Biz məşhur türk aliminin COCA - COLA-nın insan orqanizmində yaratdığı dəhşətli fəsadlarla bağlı təkrar-təkrar yazmaq istəmirik, ötən yazımızda qeyd etmişdik. Yazının sonunda bircə onu qeyd etmək istəyirik ki, hara baxırsan, ay Qoşqar Təhməzli…. Söhbət AQTA-nın sədri Qoşqardan gedir…

gundelik baki.com




Paylaş:


Müəllif : Tarix:
23-08-2023, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər