reklam
Regionxeberlericom.az » Gündəm » Ukrayna kəşfiyyatı Krımda əməliyyat keçirdi – Rusiyanın itkiləri var

reklam

Ukrayna kəşfiyyatı Krımda əməliyyat keçirdi – Rusiyanın itkiləri var


















Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda xüsusi əməliyyat keçirib.

Bu barədə “RBK Ukraina”ya Baş Kəşfiyyat İdarəsini nümayəndələri Andrey Çernyak və Andrey Yusov bildiriblər.

Çernyakın sözlərinə görə, xüsusi əməliyyat çərçivəsində aviasiya və üzgüçülük vasitələrinin istifadəsi ilə döyüş olub.

“Bu gün Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə qoşunların yarımadaya endirilməsi üçün xüsusi əməliyyat keçirib . Tapşırıq yerinə yetirilib. Düşmən itki verib”, - Çernyak bildirib.

Yusov, həmçinin bildirib ki, əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib:

“Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmən qüvvə və vasitələrdə itki verib, hazırda onlar dəqiqləşdirilir. Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin planlı işi davam edir”.

“Bu əməliyyat reyd xarakteri daşıyırdı . Biz əmin olduq ki, müvəqqəti işğal olunmuş ada təkcə Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin məhvetmə vasitələrinin deyil, həm də Ukraynanın şəxsi heyətinin müvafiq əməliyyatları üçün əlçatandır”, - Yusov əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
24-08-2023, 14:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər