reklam
Regionxeberlericom.az » Gündəm » Gömrükdə kimin maraqları qorunur: Bizim, yoxsa Rusiyanın? - BU NƏDİ BELƏ?

reklam

Gömrükdə kimin maraqları qorunur: Bizim, yoxsa Rusiyanın? - BU NƏDİ BELƏ?
















Fındıq ixracatçıları -

Hidayətov Zöhrab Yaqub oğlu, İbrahimov Cəfər,

Ələsgərov Seymur, Bilalov Elman Şəmsəddin oğlu, Şirinov Elvin və digərləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciət edib. Anaxeber.info məlumat verir ki, sahibkarlar müraciətdə üzləşdikləri problemdən bəhs ediblər.

Onların sözlərinə görə, ölkə başçısının qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artması üçün verdiyi fərman və sərəncamlar iqtisadiyatın sürətli inkişafına gətirib çıxarıb. "İxracın artırılması, dünya ölkələri ilə ixrac məhsulları ilə iqtisadi rəqabətliyin yaradılması respublikamızın milli iqtisadiyyatının ixrac potensialının gücləndirilməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biridir və xarici bazara əmtəə ixracının genişləndirilməsinə əlverişli şərait yaradır.

Bildirmək istəyirəm ki, kənd təsərüffatının ixracı ilə məşğulam. Lakin son zamanlar gömrük orqanı tərəfindən ixrac olunan malların invoys dəyərininin qaldırılması ilə fəaliyyətimizdə çətinliklər yaradılır. Belə ki, xarici bazarlarda müxtəlif ölkələrinin məhsulları ixrac olunur, məhsulların alışında rəqabətlik yaranır. Bununla bağlı bildirmək istəyirik ki, fındıq ləpəsini Rusiya Federasiyasına ixrac edən zaman məhsulun hər kiloqramı üçün invoys dəyəri qarşı firma ilə dəyərində 2.50 dollar dəyərində razılaşdırılmışdır. Lakin məhsulumuzu ixrac edən zaman bizə bildirdilər ki, bütün ixrac olunan fındıq məhsulu 4 dollar dəyərində olmalıdır. Hörmətli komitə sədri, bildiririk ki, biz fındıq məhsulunu ixrac edən zaman invoys dəyəri 4 dollara qaldırıldıqda 11 min dollar sahibkar olaraq Rusiyanın büdcəsinə əlavə pul ödəyirik. Bu isə bizim məhsulun ixrac etdiymiz ölkə bazarında qiymətin artmasına və rəqabət apara bilməmək səviyyəsinə gətirib çıxarır. Bu mövzu ilə bağlı 23.08.2023 tarixdə Gömrük Komitəsinin Qiymətləndirmə şöbəsinin rəhbərliyi ilə görüş keçirsək də bizə müsbət cavab verilmədi"- deyə gömrük şefinə müraciətdə deyilir. Qeyd olunur ki, Azərbaycan fındığı Rusiya bazarından başqa heç bir digər ölkələrə ixrac olunmur: "Bunun üçün də sizdən xahiş edirik ki, Rusiya dövlətinin büdcəsinə fındıq məhsulunun artıq 11 min ödənilməsinə imkan verməyəsiniz".

Anaxeber.info




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 08:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər