reklam
Regionxeberlericom.az » Gündəm » Neftçalada başçının sürücüsü də oliqarxdır... - İLGİNC İDDİALAR

reklam

Neftçalada başçının sürücüsü də oliqarxdır... - İLGİNC İDDİALAR









İndi az qala hər yerindən qalxan sürücüdür. Bəli, yüngül minik avtomobilini idarə etməyi çoxları bacarır. Sürməyi bacaranlar bəzən bu “adi” bacarıqlarından çörək qazanmaq üçün də istifadə edir, taksi kimi xidmət göstərirlər. İctimai nəqliyyatın zəif işlədiyi qarlı-şaxtalı günlərdə öz bahalı şəxsi minik avtomobili ilə küçədə çarəsiz qalan sərnişinləri baha qiymətə mənzil başına aparanları da görmüşük.

İri sərnişin tutumlu avtobusların, yüksək tonnajlı yük maşınlarının, ekskovator və qülləli kran kimi xüsusi texnikanın sürücüləri bir yana, amma bir “müdir şoferi” deyilən peşə də var ki, ona həmişə tələbat olub və olacaq. İnsafən, bu peşənin sahibinin işi təkcə avtomobili idarə edib müdiri iş yerinə aparıb-gətirməkdən ibarət deyil. Müdir şoferi möhkəm sirr saxlayan olmalıdır. Çünki müdir onunla təkcə işə deyil, başqa məxfi ünvanlara da gedə bilər. Müdir onu evinə bazarlıq etməyə də göndərə bilər, arvadını, uşağını da etibar edib, məktəbə-bağçaya yollaya bilər. Dolayısı ilə, tədricən şofer müdirin az qala ailə üzvünə, hətta bir az da artığına çevrilir. Daha etibarlı şoferlər hətta xidməti avtomobili müdir, yaxud müdirin ailə üzvü idarə edərkən, adam vurub öldürsələr belə, sinəsini qabağa verib məsuliyyət altına girməyi bacarmalıdır. Müdir on u türmədə də yaşadacaq. Azadlığa çıxandan sonra da işsiz qalmayacaq.

Nə isə, həqiqətən etibarlı, yaxud, etibarı hələlik ciddi sınağa çəkilməyincə etibarlı təsir bağışlayan müdir şoferlərinin qazancı təkcə aldıqları rəsmi və qeyri rəsmi maaşdan ibarət deyil. Xidməti maşını bəzən öz şəxsi məqsədləri üçün istifadə edə bilirlər – bu da xırda məsələdir. Əsas qazancları müdirin məsafə saxladığı, birbaşa təmasa girməkdən çəkindiyi başqa şəxslərin xahiş və bəxşişlərini müdirə çatdırmaq, “iş düzüb-qoşmaq” və bu xidmətlərinə görə aldıqları dəllal payı mükafatlardır. Cəmiyyətdə artıq çoxdan belə stereotip yaranıb ki, şoferin sözü müdirə keçərlidir, şofer iş aşırda bilər.

Özü də müdir var-müdir var da. Şəxsin vəzifəsi nə qədər yüksəkdirsə, mənsəbi ağır, pulu da çoxdursa, onun şoferinin də cəmiyyət içində sanbalı, çəkisi, ərköyünlüyü çox olur. Az yazılmayıb, az deyilməyib ki, tıxaclarda AA seriyalı avtomobillər bəzən yüksək sürətlə əks yola çıxırlar. Sürücüləri faraları yandırıb-söndürür, sanki müdüri atomu parçalamağa gedir.

Paytaxt Bakıda necə deyərlər, “it yiyəsini tanımasa da”, əyalətlərdə belə müdir şoferlərinin ərköyünlüyü aşkar müşahidə olunur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının şoferi İlkin Manafov da “bərk gedir”. Dəryaz qəzetinin redaksiysına verilən məlumata görə, İlkin Manafov rayonun “Mayak 1” deyilən ərazisində yerli icra nümayəndəsi Şəhriyar Ələkbərovla birgə 100 (bir yüz) hektar sahədə qanunsuz taxıl əkib. Bundan başqa, İlkinin “Sahil” yaşayış sahəsində böyük bir fermaya sahib olduğubildirilir. İlkin Manafovun şərikli taxıl sahəsinə malik olduğu ortaqlarından biri də əvvəllər torpaq komissiiyasının sədri, sonradan Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda 61 saylı Dairə seçki komissiyasının sədri işləmiş Zaur Kərimovdur. Söz gəzir ki, yol verdiyi nöqsanlara görə dövlət qulluğu vəzifəsindən azad olunan Zaur Kərimov DSK sədri kreslosunda “ağzı islanmadığından”, heç də dinc oturmaq istəmir. Torpaq maqnatı kimi tanınmağı, ayrı-ayrı kənd bələdiyyə sədrləri, pullu fermerlərlə torpaq maxinasiyaları etməyi də gözünü doyurmur, çünki kreslo “ayrı aləmdir”. İlkin Manafova da mesaj verib ki, onu mərkəzi xəstəxanaya təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə oturtmasalar, “açacaq sandığı, tökəcək pambığı”.

Yeri gəlmişkən xatıraldaq ki, İlkin Manafovun “gethagetdə” əli yoxdur, vaxtilə RİH başçısının birinci müavini işləmiş Vurğun Əkbərova sürücüklük edirdi. İndi Vurğun Əkbərov zindandadır. Söz çıxmışdı ki, Vurğunun “vurulduğu” işdə sürücüsünün verdiyi ifadələrin də az əhəmiyyəti olmayıb. Odur ki, Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov İkin Manafovla, elə Zaur Kərimovla da dostluq eləsə də, çomağı əlindən qoymamalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.


Deryaz.az




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 08:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər