reklam
Regionxeberlericom.az » Gündəm » Ağır xəstə olan məhkumdan şok iddialar: - “ General övladları burada at oynadırlar.”

reklam

Ağır xəstə olan məhkumdan şok iddialar: - “ General övladları burada at oynadırlar.”




Hazırda həbsdə olan Səmədov Əli Azər oğlu anası Göyçay rayonu Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı vasitəsi ilə regionxeberlericom.az-a şikayət məktubu göndərib. Məhkum Əli Səmədovun şikayət məktubunu olduğu kimi dərc edirik.
 
"Səki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2016-cı il hökmüilə Azərbaycan Respublikası CM-nin120.1.128 maadəsi ilə 12 ilazadlıqdan məhrum edilən, hal hazırda 7saylı Cəzaçəkmə Müəsisəsində cəza çəkən Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini məhkum Səmədov Əli Azər oğlu tərəfindən
 
ŞİKAYƏT MƏKTUBU

Yazıb sizə bildirirəmki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsində rüşvət son həddə çatıb,məhkumların ölümü günü-gündən artır, yəni sadə iynə, dərmanlara görə kasıb məhkumlar heçnədən ölürlər. Təbii ki, səbəb yenədə puldur. Tam çəkildə demək olar ki, dövlətin və Ədliyyə Nazirliyinin bu müəssisədən xəbəri yoxdur. Hər həftə müəssisəyə daxil olan 100 minlərlə manatlıq dərmanla sonradan təcili yardım maşınlarında çölə Nicat Cəlilovun şəxsi apteklərinə daşınır., ordanda satılır. Pullar isə həm Nicat Cəlilova ,həmdə tibb baş idarəsinin yüksək vəzifəli şəxslərə çatır. Müalicə müəssisəsinə daxil olan məhkumlar yatqla təmin edilməmiş ilk növbədə Nicat Cəlilovun müavinləri tərəfindən qəbul edilərək müəssisədə 3 ay qalmaq mümkün olduğunu bildirirlər, yəni 1-ci ay 150 manat, 2-ci ay 200 manat, 3- cü ay 300 manat lazım olduğunu bildirirlər.Bu qiymətlər dəyişəndi ,bəzən qiymətlər 500 manata qalxa bilir.Bu vəsaitləri ödəyə bilməyən kasıb, kimsəsiz məhkumlar isə rəhbərliyin və baş həkim Nizat Cəlilovun əmri ilə əməliyyat şöbəsinin işçiləri tərəfindən qandallanaraq maşınlara mindirilib cəz çəkdikləri müəssisəyə geri qaytarılırlar-eyni mənim kimi.
                                                                                                                                                                                                                                                               Müəssisənin rəisi isə rüşvəti başqa yolla qazanır, yəni müəssisədə yerləşən milyonçu general balaları üçün nəzərdə tutulmuş ayı 3500-4000 manat olan otaqlardan, hansı ki, ciblərində telefon, otaqlarında kömpüterlər var,istədikləri vaxt rəisin köməyi ilə çöldən 300- manata fahişələr gətizdirirlər. Bunlardan biri hamımızın tanıdığı prezident köməkçisi Əli Həsənovun nəvəsi, biri isə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə müəssisənin generalı Novruz müəllimin oğludur. Müəssisənin əsas qazançı telefon danışığı və maqazindir.Aylıq gəlir isə telefondan 20 min manat, maqazindən isə 30 min manatdır. Məhkumların yanına gəlmək istəyən yaxınları isə dövlət sərhəd keçid qapısını keçməli olurlar., yəni 50 manat pul ödəməli olurlar.Bu hallara isə pentensiar xidmət və tibb baş idarəsi göz yumur. Bu barıdə bir neçə dəfə zəng vurub olanları demişdim., mənə verdikləri cavab isə tibb baş idarəsi və pentensiar xidmətdən,bu məsələləri həll edəcək deyərək boş vədlər vermişdirə
Mən iki il bundan öncə şiddətli ağrı verici xəstəliyə düçar oldum. Xəstəliyimlə əlaqədar olaraq müalicə müəssisəsinə göndərildim. Müəssisəyə ilk daxil olduğum andan etibarən oranın müalicəvi istirahət mərkəzi olduğunu anladım. Yuxarıda qeyd etdiklərim kimi məndən aylıq pul istənildi, aylıq hesabı ödəyib iki ay şəxsi hesabıma müalicə olundum , müalicənin heç bir xeyirli nəticəsini görmədim, bu vaxt ərzində 50, 100 manata görə bir neçə məhkumun ayaqlarının kəsildiyini gördüm.Açığı deyim əməliyyat üçün pul verməyən məhkumlarən öldüyünü gördüm.\dliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov mənə deyir ki, bizdən şikayət etdiyin üçün sənin üçün çox pis olacaq.
İnsan Hüquqları Qızıl Xaç, pentensiar xidmət və millət vəkilləri oraya gələrək qapının ağzından öz paylarını alaraq geri çəkildiklərini eşitdim.
Bu xəstəliyimlə dolayı mən 7 dəfəyə qədər müalicə müəssisəsində oldum, orada yaxşılığa doşru heçnə görmədim yəni günü-gündən dahada pisləşir, orada çalışan həkimlər elə bil meşədən tutulub gətiriliblər-savadsız və bacarıqsızdırlar, yalnız pul qazanmaq barədə düşünürlər.
Mən nevrocərrahiyə xəstəxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə həkim dəvət etdim. Həkim məni müayinə edərək xəstəliyimin funksional olduğunu bildirdi və müalicələr yazdı, mən isə dərmanların çox bahalı olduğunu anlayıb buna imkanım çatmayacaöını bildirdim. Həkim mənə cavab verdi ki, niyə dövlətin sənə ayıracağı pensiya ilə müalicə olunmursan? Yəni sənə əlillik düşür dedi. Mən isə müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilovun kabinet nömrəsinə zəng edib ona mənə kömək etməsini xahiş etdim. O isə cavab verdi ki, 2000 manat gətir səni komissiyaya təqdim edim sənə əlillik versinlər, mən buna imkanım çatmadığını bildirdim. Yəni qardaşım 1- ci qrup hərbi əlildir, atam isə 2- qrup əlil, ağır xəstədir. O isə mənə cavab verdi ki get hara şikayət edirsən elə, mənə dəxli yoxdu, qiymət budur.burada dövlətdə mənəm , prezidentdə mənəm deyərək telefonu söndürdü. Bundan bir neçə gün sonra yenidən zəng vurdum və sənə görə Azırbaycan vətəndaşlığından imtina edəcəyimi bildirdim. Çünki xarici ölkələrin məhkumları həm pulsuz müalicə olunur, həmdə müəssisədə qala bilirlər. O da cavab verdi ki, onların səfirlikləri var, gəlib bizim başımıza oyun açarlar, sən İsrail vətəndaşı ol sonra sənə əlillik verərik və səni müalicə edərik deyərək dəstəyi asdı.Mən isə indi nə edəcəyimi bilmirəm. Çarəsiz qalmışam , köməklik istyə biləcəyim insan yalnız sizsiniz.
Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim haqsızlıqları mənim adımdan ictimaiyyətə şatdırmaq üçün köməyini göstərəsiniz.Çünki sizə inanıb, güvənib yazmışam. Szi heç nədən qorxmursuz, məndə sizə söz verirəm ki, məni işgəncə etsələrdə sözümdən dönməyəcəm, və siz məni partiyanıza qəbul etdikdən sonra ölənə kimi çiyin çiyinə olaraq partiyamızın qələbə qazanması üçün əlimdən gələni əsirgəməyəcəm.
Əvvəlcədən sizə və sizin sözünüzü deyərək partiyanızın yüksəlməsni istəyənlərə təşəkkürümü bildirərərək can sağlığı arzu edirəm.
Imza : Məhkum Səmədov Əli Azər oğlu"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

regionxeberlericom.az 






Paylaş:


Müəllif : Tarix:
28-08-2019, 13:18
Sikayət   


loading...
Загрузка...