"Çıx torpağımdan, Ayaz Orucov..." - Keçmiş deputata çağırış...
Beyləqan rayonu, Əlinəzərli kənd sakini Ruhid Əliyev ona məxsus olan 20 sot torpağın keçmiş deputat Ayaz Orucovu tərəfindən mənimsədildiyini bildirir.
Şikayətçi bildirir ki, Ayaz Orucov 2014-cü ildə deputat olduğu dönəmdə vəzifə səalhiyyətlərindən sui istifadə edərək, qeyri-qanuni şəkildə torpağını zəbt edib. Çarəsiz durumda qalan vətəndaş bu barədə aidiyyatı orqanlara müraciət edib. Lakin 5 ildir ki, heç bir nəticə verməyib.
“Yeni Müsavat”a danışan şikayətçi R.Əliyev vəziyyəti belə izah etdi:
“2014-cü ildən Beyləqan rayonunun sabiq deputatı Ayaz Orucov Beyləqan şəhərinin mərkəzində yerləşən, bizim ailəyə məxsus olan, Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyatda olan 0,20 ha torpaq sahəmizi tutduğu vəzifədən sui-istifadə edərək zorla əlimizdən alıb. Həmi torpaq sahəsi 1995-ci ildən qanuni sənədlərlə bizim mülkdür.
Bütün bunlar zor gücünə, quldurcasına əlimizdən alınıb. Bu azmış kimi deputat həmin torpaq sahəsini özünə aid böyük imarətin yer aldığı 1 hektar əraziyə qatıb. İmarətin özünün yerləşdiyi 1 hektar ərazi də qanunsuz olaraq zəbt edilib: “Özü üçün imarət tikdirdiyi torpaq sahəsinə aid heç bir hüquqi sənədi belə yoxdur. Çünki həmin torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyətinin qərarı ilə musiqi məktəbi tikilməsi üçün ayrılmışdır. Sabiq deputat özünü xeyirxah iş görürmüş kimi qələmə verib, musiqi məktəbinin ərazisini də öz mülkünə qatıb. Dəfələrlə bu barədə aidiyyatı orqanlara müraciətlər etmişəm, lakin nəticə verməyib. Görünür, onun “uzun əlləri” hər yerə çatır. Qeyri-qanuni yolla mülkə sahiblənmək nə deməkdir?!.
Tam mülkiyyət hüququ verən sənədlərlə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etmişəm, lakin mənə açıq deyiblər ki, “bacarmırıq”. Onlar bizim sənədlərimizi yoxlayaraq, haqlı olduğumuzu, lakin sabiq deputat barədə heç bir tədbir görə bilməyəcəklərini bildirdilər. Biz hansı dövrdə yaşayırıq, dərəbəylikdir? Son nəfəsimə kimi qanuni haqqımı tələb edəcəm. 2014-cü ildə aidiyyatı orqanlara şikayətlərimiz əsasında Ayaz Orucov torpağı özümüzə qaytardı. Lakin aradan üç-dörd gün keçməmiş, bir neçə qoluzorlu adamının təzyiqi nəticəsində bizi qanuni mülkümüzdən çıxartdı. Buradan bütün aidiyyatı orqanlara müraciət edirəm ki, Ayaz Orucov mənim qanuni mülkümdən əl çəksin. Çıx torpağımdan, Ayaz Orucov”.Qeyd edək ki, Ayaz Orucov uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.
Mətbuatın yazdığına görə, sabiq deputat hazırda Türkiyədə tikinti biznesi ilə məşğul olur. Bu işdə onun “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyevlə şərik olduğu deyilir. İddialara görə, “Algima İnşaat” şirkətini birlikdə qurublar. Türkiyənin müxtəlif şəhərlərində çoxmərətəbəli binaların tikintisini həyata keçirirlər.
Bildirək ki, Ayaz Orucovun qardaşı Etibar Pirverdiyevin baldızının həyat yoldaşıdır. Məhz bu qohumluq əlaqəsinə görə Ayaz Orucovun rəhbərlik etdiyi şirkətlər uzun müddət xarici ölkələrdən elektrik avadanlıqları gətirərək Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” ASC- yə satıb.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün sabiq deputat Ayaz Orucovla telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərə cavab vermədi.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2019, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Beyləqan rayonu, Əlinəzərli kənd sakini Ruhid Əliyev ona məxsus olan 20 sot torpağın keçmiş deputat Ayaz Orucovu tərəfindən mənimsədildiyini bildirir.
Mətbuatın yazdığına görə, sabiq deputat hazırda Türkiyədə tikinti biznesi ilə məşğul olur. Bu işdə onun “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyevlə şərik olduğu deyilir. İddialara görə, “Algima İnşaat” şirkətini birlikdə qurublar. Türkiyənin müxtəlif şəhərlərində çoxmərətəbəli binaların tikintisini həyata keçirirlər.
Bildirək ki, Ayaz Orucovun qardaşı Etibar Pirverdiyevin baldızının həyat yoldaşıdır. Məhz bu qohumluq əlaqəsinə görə Ayaz Orucovun rəhbərlik etdiyi şirkətlər uzun müddət xarici ölkələrdən elektrik avadanlıqları gətirərək Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” ASC- yə satıb.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün sabiq deputat Ayaz Orucovla telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərə cavab vermədi.
Paylaş:
Müəllif :
Yazar
Tarix:28-08-2019, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20