reklam
Regionxeberlericom.az » Gündəm » "Xəzəriaşə" - nin işində nə isə dəyişib?

reklam

"Xəzəriaşə" - nin işində nə isə dəyişib?














"Yeməyə dadanan ət oğrusu pişik vardı ha, görəsən xasiyyətini tərgidib?"

Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yuxarıda qeyd etdiyimiz statusu paylaşıb. Mirvari xanım daha sonra keçən il dərc etdiyi statusunuda bunun altında paylaşaraq neftçilərin ərzaq təminatının siyahısını verib.

Teref.az olaraq bütün bunları oxuculara təqdim edirik:

"-28 May NQCI -də 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı ortalama 50 litrdən az deyil . Həmin südün də 1 litri marketlərdə 2 AZN-dən aşağı deyil. Bu da gündəlik 100 AZN, aylıq 3000 AZN edir . 14 DDÖ üzrə isə aylıq 42 000 AZN .edir.

-Menyüdə göstərilənlər verilmir.

Menyü üzrə qiymətlər:.

səhər yeməyi 6,1 man , ƏDV ilə 7,20 man

Günorta yeməyi -9man.78 qəp ƏDV ilə 11man54 qəp

Axşam yeməyi 8man55 qəp ƏDV ilə 10 man

Cəmi bir nəfər üçün ödəniş: 24man 43 qəp ƏDV ilə 28man 83 qəp

28 MAY NQÇİ-nin 14 DDÖ var. Hər DDÖ-də 80-90 işçi var.Bu halda:

Bir DDÖ üçün Xəzəriaşəyə ödənilən gündəlik məbləğ-2.306,4 man.

bir aylıq məbləğ-69.180 man,14 DDÖ üçün ödənilən bir aylıq məbləğ-968.520 man. Süd üçün ayrılan məbləği də əlavə etsək Azneft İB-nin 28 May adına NQÇİ işçilərinə catering(iaşə) xidməti üçün Xəzəriaşəyə bir ayda ödədiyi məbləğ 1.010 520 AZN edir.

İşçi bilmək istəyir:

- bu məbləğin neçə faizi(neçə manatı) real xidmətə yönəldilib?

-Niyə bu MMC üzərində,ona ödənilən vəsait, real xidmət, yeməklərin keyfiyyəti üzərində nəzarət yoxdur ?

Qeyd: Nəzərə alsaq ki,əlavə olaraq özüllərdə başqa qurumların (qazma,tikinti vəs)işçiləri də çalışır və onların da sayını nəzərə alsaq Xəzəriaşənin hesabına köçürülən məbləğin aylıq həcmi milyon yarımdan artıqdır"




Paylaş:


Müəllif : Tarix:
29-08-2023, 09:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər