reklam
Regionxeberlericom.az » Gündəm » Zeynal Nağdəliyevin qəbuluna yazılan Ucar sakini təzyiqlərə məruz qalıb-ŞİKAYƏT

reklam

Zeynal Nağdəliyevin qəbuluna yazılan Ucar sakini təzyiqlərə məruz qalıb-ŞİKAYƏT



















Vətəndaşların Prezident Administrasiyasının Şöbə müdirlıəri ilə onlayn görüşü barədə prezidentin verdiyi tapşırıqlara yerlərdə əməl olunmur.Təlimata əsasən respublikada hər bir şəhər və rayon icra hakimiyyəti binasında onlay qəbul otağı yaradılıb. Qəbula yazılan vətəndaş əvvəlcədən məlumatlandırlır ki, görüş anonim keçiriləcək. Ancaq Ucar rayon İcra Hkaimiyyəti binasında həmin otağa dinləmə qurğusu qoyulub deyə şikayətin bütün məzmunu  ilə icra başçısı anba-an məlumatlandırlır.

Belə bir qanunsuzluqla üzləşən Ucar rayon sakini Vasif Abdullayev RegionXəbərləricom.az-ın elektron poçtuna məktub göndərib. 

Narazı vətəndaş bildirir ki, Ucar rayon İcra Hakimiyyəti başçısının Qaradağlı  kənd inzibati ərazi nümayəndəsi Vüqar Zeynalov və Ucar rayon Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəbrayıl Tağıyevin fəaliyyəti ilə bağlı etdiyim şikayəti Prezident Administrasiyasının əməkdaşı Ucar rayon icra hakimiyyətinin qəbul otağlnda internet üzərindən dinlədi. Məni dinləyən PA rəsmisi 12 sentaybr 2023-cü il tarixdə Zeynal Nağdəliyevin qəbuluna yazdığını bildirdi. 

 Bundan az sonra Cəbrayıl Tağıyev “məndən administrasiyaya niyə şikayət etmisən ” deyərək iradlar bildirməyə başladı. Kənd icra nümayəndəsi Vüqar Zeynalov isə evimizə gələrək  atama “oğlun niyə şikayətə gedir, getməsin.”  deyərək həyətdə səs-küy salıb. Xəstə olan atam “yaxşı ay bala oğluma deyərəm qəbula getməz” deyərək yüksək tonda danışan icra nümayəndəsindən sakit olmağa xahiş edirb.

Vasif Abdullayev bildirir ki, qəbul otağında Ucar rayon icra hakimiyyətinin əməkdaşları olmadığı halda  şikayətinin məzmunu barədə Cəbrayıl Tağıyevin və Vüqar Zeynalovun necə məlumat almaları müəmmalıdır. Belə çıxır ki, prezidentin göstərişinin əksinə olaraq vətəndaşların şikayətlərinin anonimliyi qorunmur icra başçıları yaradılmış onlay görüş otağlna dinləmə qurğusu qoyublar yada ki, Prezident Adminstrasiyasının əməkdaşları bu barədə dərhal icra başçılarına məlumat ötürürlər.Bütün halarda bu ciddi qanun pozuntusu korrupsiya əməli hesab olunur.

 Vasif Abdullayev onuda qeyd etdi ki, digər rayonlardan fərqli olaraq Ucar rayon icra başçısı Mənsur Məmmədov vətəndaş qəbullarını açıq havada günün altında keçirir.Bunu isə məqsədli şəkildə edir ki, gün altında saatlarla gözləməyib bezib çıxıb getsinlər.Ucarda belə özəl qanunlarla idarəetmə aparılır.Buda kütləvi narazılığa səbəb olur. Allaha şükür edirəm ki, Zeynal Nağdəliyevin qəbuluna yazıldığım üçün məni döyməyiblər.Çox güman ki, qarşısı alınıb tədbir görülməsə bu üsuldanda istifadə edəcəklər.Çünki Ucar respublikada ən geri qalmış rayondur.

 RegionXəbərləricom.az olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyni dərc etməyə hazırıq....

 

  

 

 




Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 11:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər