Məşğulluq Agentliyi Göyçay sakinini süründürməçiliyə məruz qoyub-ŞİKAYƏT (VİDEO)
RegionXəbərləricom.az-a Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Həsənov Asif Aydın oğlu tərəfindən göndərilən müraciətdə deyilir;
"Mən Həsənov Asif Aydın oğlu Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayıram. 3 ildir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Filialı Göyçay Məşğulluq Mərkəzinə xırda buynuzlu mal-qara üçün müraciət etmişəm. Lakin, şikayətimə baxan yoxdur. Çünki Göyçay Məşğulluq Mərkəzində kasıbları saymırlar. Məndən sonra özünəməşğulluğda qeydiyyatdan keçən vətəndaşların əksəriyyəti müəmmalı yollarla istədiklərini əldə ediblər. Məni isə get-gələ salırlar. Bəhanə gətirlər ki, hələki balın yetmir. Halbuki, hazırki yaşayış vəziyyətimə əsasən, növbəm çoxdan çatmalı idi. Sağlamlığım işləməyimə imkan vermir. Həyat yoldaşım da neçə illərdir ağır xəstədir. Qızım kollecdə oxuyur. Bir ata kimi onun maddi təlabatlarını qarşılaya bilmirəm. Özümüz də atamdan miras qalan köhnə evdə yaşayırıq.
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox xahiş edirəm, Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən qısa vaxt ərzində xırda buynuzlu mal-qara (qoyun) ilə təmin olunmağım üçün köməklik göstərəsiniz. Həqiqətən də çox acınacaqlı durumdayıq. Ümid edirik ki, şikayətimə baxılacaqdır."
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2023, 08:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər