`Odlar Yurdu`nda nə `qazanlar qaynayır`... - İTTİHAM VAR!
Təsəvvür edirsiniz, bir müddət əvvəl Qarabağ qazisi polkovnik Şahmurad Məmmədov kredit borcuna görə stress keçirdi və ürəyi partlayaraq dünyasını dəyişdi. Döyüşlərdə ölməyən qazinin ürəyi Əhməd Vəliyevin oğlanlarının və özünün bankının qarşısında partladı.
Belə ki, Şahmurad Məmmədovun Əhməd Vəliyevin ailəsinə məxsus "Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Və Şahmurad Məmmədovun kartı bloklanıb. Ailəsinin adicə çörək tələbatını ödəməkdə çətinlik çəkən, pensiya ala bilməyən Qarabağ qazisi bu boyda ədalətsizliyə dayana bilməyərək dünyasını dəyişib.
İndi gəlin görək, “Muğanbank” kimindir..? Hamıya bəlli olduğu kimi “Muğanbank” Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Ortaya sual çıxır ki, rektor kimdir ki, 137,5 milyon manata bank təsis edir..? Bəli, bütün bu pulların hamısı saxta yolla universitetə qəbul olunan tələbələrin valideynlərindən rüşvət kimi alınıb.
Onu da qeyd edək ki, rektor Əhməd Vəliyev həmişə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin sağ əli, “kassiri” hesab olunub. Az-çox bank sistemindən başı çıxanlar “Muğanbank”ın səhmdarlar siyahısına baxsa, bankın Əhməd Vəliyevlərin ailə bankı olduğunu görə bilərlər.
İndi gəlin, bir ay öncə mətbuatda yayılan ən son məlumata nəzər salaq: "Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi. "Muğanbank" ASC-yə 2 yeni səhmdar gəldi.. Bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevdir. Onların hər biri Bankda 40% pay əldə etdi, yəni bankın 80 faizi Əhməd Vəliyevin oğlanlarına verildi".
Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır.
Redaksiyamıza daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların "Muğan Bank" vasitəsilə necə Azərbaycan - Avropa - Azərbaycan dövriyyəsini edir... Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2023, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər