Balakən icra hakimiyyətindən Qazi anasının iddialarına CAVAB
Az əvvəl Balakən rayonundan Qazi Anasının videomüraciətini təqdim etmişdik.
YAZI BURADA: Balakəndə Qazi anası ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bununla bağlı Balakən İcra Hakimiyyətindəın münasibət açıqlanıb. DİA.AZ həmin açıqlamanı təqdim edir:
"Balakən rayonunun Talalar kənd sakini Mustafayeva Münəvvər Hikmət qızı saytda yayımlanmış videomüsahibədə qazi anası olduğunu, yaşamaq üçün evinin olmadığını bildirmiş, ailəsinə maddi köməklik göstərilməsini xahiş etmişdir.
Bildiririk ki, Mustafayeva Münəvvər Hikmət qızının ailəsinin mülkiyyətində 2018-ci ildə tikilmiş, sahəsi 36 kvadrat metr olan fərdi yaşayış evi, 0,15 ha həyətyanı, 0,74 ha əkin torpağı sahəsi var.
Övladlarından Mustafayev Sadiq Sabir oğlu Vətən müharibəsi iştirakçısıdır. Hazırda Sumqayıt şəhərində yaşayır, evlidir. O, Sumqayıt şəhərində “Tabaterra” QSC -də işləyir. S. Mustafayevin RİH-ə ünvanlanmış müraciətlərinə diqqətlə yanaşılmış, qaldırdığı məsələlərin həllinə köməklik göstərilmişdir.
2012-ci ilin may və oktyabr aylarında bölgədə baş vermiş zəlzələ nəticəsində M.Mustafayevanın müraciətinə əsasən yaşadığı evə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfindən bir neçə dəfə baxış keçirilmiş, verilmiş rəyə əsasən evinin bərpa-gücləndirilməsi üçün dövlət tərəfindən 4000 (dörd min) manat kompensasiya ayrılmış və poçt vasitəsilə ona ödənilməsi təmin edilmişdir. Lakin M.Mustafayeva ona ayrılmış vəsaiti təyinatı üzrə xərcləməmiş, evini təmir etdirməmişdir. Müxtəlif qurumlara ünvanlanmış çoxsaylı müraciətləri nəzərə alınmaqla M.Mustafayevaya kənd bələdiyyəsi və digər qurumların dəstəyi ilə iki otaqlı fərdi ev tikilməsinə köməklik göstərilmişdir.
2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində M.Mustafayevaya 3 (üç) baş, əri Sabir Mustafayevə 2 (iki) baş, 2021-ci ildə qızı Türkan Mustafayevaya 3 (üç) baş,iribuynuzlu mal-qara verilmişdir. Əri S. Mustafayev hazırda rayon bazarında alqı-satqı ilə məşğuldur.
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən M.Mustafayevanın ailəsinə 2023-cü ildə 250 ( iki yüz əlli) manat məbləğində maddi yardım göstərilmişdir.
Mustafayeva Münəvvər Hikmət qızının videoda səsləndirdiyi iddialar həqiqəti əks etdirmir".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2023, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər