Vidadi İsayev yerinə bacısı oğlunu hazırlayır - Bərdədə Xankəndi "rejimi" ?
Bərdə rayon İcra Hakimiyyəti (RİH) Xankəndidə yuva salan separat-marionet administrasiya kimi sanki idarə olunur. Ötən həftə sonu Xankəndi quldurları toplaşıb qanunsuz bir seçki keçirərək özlərinə rəhbər təyin etməklə mərkəzə tabe olmadıqlarını nümayiş etdirdilər. Təxminən buna bənzər proses Bərdə İH-də getməkdədir. Belə ki, icra başçısı Vidadi İsayev özfəaliyyət edərək, Bakı ilə razılaşdırmadan istədiyi adamları vəzifələrə təyin edir. Özünü muxtariyyat lideri kimi aparan V.İsayev hətta yerinə kadr hazırlayır. Bu haqda Anaxeber.info-ya verilən məlumatda deyilir ki, Bərdə icra hakimiyyətini tayfa-klan qaydaları ilə idarə edən İsayev, birinci müavin vəzifəsini qudası Vahid Qarayevə həvalə edib. Faktiki olaraq, iki quda Bərdəni özəl subyekt kimi idarə edirlər. Rayonda istənilən ərazini satmaq üçün sərəncam vermək iki qudanın əlində adi işdir. V.İsayev təkcə qudası V.Qarayevi birinci müavin təyin etməklə yetərli olmayıb, hüquq şöbəsinin müdiri postuna da bacısı oğlu Natiq Səfərovu gətirib. Yeri gəlmişkən, N.Səfərov həm də V.Qarayevin kürəkənidir. Yəni tam bir ailə tablosu, bir ailə podratı yaradılıb və bu minvalla Bərdə İH idarə edilir. Hətta Xankəndi separatçıları belə keçirdikləri saxta və qondarma seçki zamanı bəlkə də belə qohum-əqrəba siyasətinə üstünlük verməyiblər ki, Bərdə icra başçısı Vidadi İsayev bu məsələdə hamıdan fərqlənib. Bu təyinatlar və qərarlar isə İsayevin varis planı olması ilə əlaqələndirilir. İcra başçısı o dərəcədə həddi aşmağa başlayıb ki, Prezident Administrasiyasının mövqeyini və dövlət başçısının hansı qərarı verəcəyini gözləmədən öz yerinə kadr planlaşdırır. İddialara görə, icra başçısı öz kreslosuna bacıoğlunu, hüquq şöbəsinin müdiri Natiq Səfərovu görür. Bu plan üzrə hərəkət edən İsayev Səfərovun gələcəkdə təqdimatını verməyi düşünür. Göründüyü kimi, Bərdədə qəribə bir rejim formalaşıb və getdikcə kök salmağa çalışırlar. Yəni İsayev-Qarayev-Səfərov triosu üçün dövlət, dövlətçilik, dövlət idarəetməsi, dövlətin rəhbərliyinin səlahiyyətləri kimi anlayışlar yoxdur. Bu üçlük elə bir zehniyyətə malikdir ki, kimi istəsələr vəzifəyə təyin edə bilərlər. Onlara mərkəzin mövqeyi maraqlı deyil, idarəetməyə oyuncaq kimi baxırlar, bazar qaydaları ilə yanaşırlar.
Elə bunun nəticəsidir ki, Vidadi İsayevin rəhbərliyi altında Bərdə inildəyir. İllərdir bu rayonda daşı daş üstə qoymayan başçının satmadığı yer qalmayıb. Bərdənin səkiləri, parkları, guşələri, yaşıllıqları qarış-qarış ticarət maraqlarına qurban verilib. Dəfələrlə rayon ictimaiyyəti, ziyalıları, ayrı-ayrı insanlar, hətta şəhid ailələri Bərdədə özbaşınalıqlar barədə müraciətlər ediblər, konkret faktlarla sübutlar təqdim olunub. Burada despotik bir sistem qurulub: qohum-əqrəba vəzifələrdə, biznes, var-dövlət İsayev rejiminin əlində, sosial problemlər xirtdəyə qədər, şikayətlər aramsız, sahibkarlar narazı, rayonda isə satmağa yer tapılmır...
Misal üçün sahibkar Nəsibə Piriyeva icra başçısının bezdirdiyi şəxslərdən biridir. Bu günlərdə PA-ya şikayətə gələn sahibkar deyib ki, icra başçısı saxta sərəncamlar imzalayır, işləməyə imkan vermir, təhdid edir, təzyiq göstərir. O bildirib ki, Bərdədə baş verən özbaşınalıqlar haqda dövlət rəhbərliyi məlumatsızdır və gəlib araşdırma aparılmalıdır.
Ümumiyyətlə, Vidadi İsayev Bərdədə 13 ildir icra başçısı işlədiyi müddətdə demək olar ki, böyük sərvət toplayıb. İsayevin mal-mülkünün siyahısına baxanda adam Bərdənin halına acıyır:
1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küç, ev 11B ünvanında mənzil
4. Oğlunun 100.000 manatlıq çayxanası
5. Kürəkəninin Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı
6. “Ana və Uşaq” kafesi
7. “Təchizat BCS” MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində bir imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
12. 90-GP-555 dövlət nişanlı Toyota Prado
13. Mercedes G63 AMG
14. Bərdədə Heydər Əliyev parkında kafe
15. Yevlaxda əzəmətli villa
16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
18. Rusiyada, Türkiyədə biznes və obyektlər
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2023, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər