Milli Şəhərsalma Forumu Zəngilan və Bakıda keçiriləcək - FOTO
Azərbaycan Respublikası dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə BMT-nin Məskunlaşma Proqramı ilə birgə 29 sentyabr tarixindən başlayaraq bir sıra nüfuzlu tədbirlərdən ibarət “Şəhərsalma Həftəsi” təşkil edəcək.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektoru məlumat yayıb.
Bildirilib ki, 29 sentyabr - 1 oktyabr 2023 tarixlərində Zəngilan və Bakı şəhərlərində keçiriləcək “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusu ilə II Azərbaycan Milli Şəhərsalma Forumu həm Azərbaycandan, həm də bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmilərini, habelə mütəxəssisləri və ekspertləri bir araya gətirəcək.
Oktyabrın 2-də paytaxtımız Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək!
Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri bir araya gələrək "Dayanıqlı Şəhər İqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.
“Şəhərsalma Həftəsi” çərçivəsində qeyd olunan və əlavə təşkil ediləcək tədbirlər zamanı onlarla ölkə rəsmiləri və mütəxəssisləri, yerli və beynəlxalq təşkilatlarının nümayəndələri üçün geniş təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2023, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər