“Məktəb direktorları ilə danışardım, alverim yaxşı getsin” - Burası AZƏRBAYCANDIR!
“Üç övladım var, ikisi məktəblidir. 400 manat xərcim çıxdı. Məktəbli geyimləri ötən illə müqayisədə 50-60 manat bahalaşıb. İstifadə edib qiyməti artıran satıcılar da var, bilir ki, tələbat var, valideyn almalıdır. Elə geyimlər var ki, hətta 15 manat fərq var. Keyfiyyətli məhsul bahadır, ancaq valideynlər də imkansızlıqdan ucuzuna qaçır. Uşaqlar deyir ki, digərləri təzə, mən köhnə geyinə bilmərəm. Məktəbdən də məcbur edirlər ki, alın”.
Bunu Göyçayın Xəlitli kənd sakini Mehriban Əliyeva Meydan TV-yə deyib.
Yeni tədris ilinə saylı günlər qaldığından bir çox valideyn kimi o da təlaş içindədir.
Özü rayonun iri ticarət mərkəzində satıcı işləsə də, məktəbli övladlarının xərcini tam ödəyə bilmədiyini deyir.
Qadının sözlərinə görə, keyfiyyətli məhsul “əl yandırır”, ucuz məhsullar da keyfiyyətdən uzaqdır.
“100 alıcıdan 70-ni məktəb rəhbərliyi, müəllimlər yönəldir”
Otuza yaxın xırda ticarət piştaxtalarının yer aldığı Göyçay Ticarət Mərkəzinə son bir həftədə kütləvi axın var.
Valideynlər yeni tədris ilinin tələbinə uyğun geyim axtarışında, satıcılar isə daha çox pul qazanmaq sevdasındadır.
Əksər satıcılar iddia edir ki, valideynlərin çoxu məktəb rəhbərliyi və müəllimlərin yönləndirdiyi ticarət mərkəzlərindən alış-veriş edir.
Həm məktəbli geyimi, həm də məktəb ləvazimatlarının satışı ilə məşğul olan Fatimə Bağırova alverin zəif getdiyini deyir.
O həmçinin qeyd edir ki, valideynlər könüllü şəkildə deyil, məcburi şəkildə iki ticarət mərkəzinə yönləndirilir.
Satıcı hətta bir valideynə satdığı geyimin məktəb rəhbərliyi tərəfindən geri qaytarıldığını da deyir:
“Ötən il bu vaxt boş dayanmağa vaxtım yox idi, gün ərzində beş çanta satardım, bu gün bir çanta güclə satdım. Gün ərzində 95 manat dəftər, qələm, çanta alverindən qazanmışam. Ümumiyyətlə, ötən il 3-4 günə 700-800 manata qədər alver olurdu. İndi isə vəziyyət pisdir. Bu il böyük ticarət mərkəzi açdılar rayonda, camaatın vəziyyəti pisdir, kəndlilərin qazancı yoxdur deyə alver də zəifdir. Gələn də on dəfə baxıb, cibinə uyğun ucuzunu istəyir, heç kim övladına ucuz geyim, çanta almaz, sadəcə, əlacsızlıqdan alırlar”.
“Bizdə çantalar 15 manatdan 25 manata, məktəbli geyimi isə 10 manatdan 18 manata qədərdi. Göyçayda əsas tələb göy ətək, şalvar, ağ köynəyədir. Valideynlər gələndə paltar təklif edirik, deyirlər ki, yox, bizə müəllimlər iki ticarət yerini deyiblər. Göstəriş var ki, ancaq onlardan alın. “Yusifoğlu”dan və “Göyçay shoping”dən. Mən valideynə iki köynək, iki ətək satdım. Az sonra qaytardı ki, müəllimə deyir ki, bu geyim uyğun deyil, üç düyməlisini al. Özü də yerini deyir ki, get oradan al”, – satıcı şikayətlənir – “Müəllimə ilə danışdım ki, adınızı deyin, demədi, söndürdü telefonu. Nazirliyə şikayət etmək lazım ki, belə məcburiyyət nədir, oradan faiz alırlar da. Amma həmin ticarət yerlərində 27-28 manatadır eyni geyimlər. Biz heç kimin çörəyinə mane olmaq istəmərik, amma qoy valideynlər özləri axtarıb tapsın, alsın. Bazarda həmişə endirim olur, valideyn özü, tapıb ala bilər. 100 alıcıdan 70-ni məktəb rəhbərliyi, müəllimlər yönəldir”.
“Rayon camaatı bu son iki ildə çox kasıblayıb”
20 ildir bazarda satıcı işləyən Siyavuş Əhmədov da yeni tədris ili üçün satışa yeni ayaqqabılar gətirsə də, alverinin əvvəlki illərlə müqayisədə 30 faiz azaldığını bildirir. Oğlanlar üçün ayaqqabıların daha baha satıldığını deyən satıcı alıcılığın zəif olmasının bir səbəbini də sakinlərin aşağı maddi durumu ilə əlaqələndirir:
“Qızlar üçün ayaqqabıların qiyməti 10 manatdan 17 manata qədər, oğlanlar üçün isə 15 manatdan 30 manata qədərdi. Ötən iki illə müqayisədə 30-35 faiz azalma var. Rayon camaatı bu son iki ildə çox kasıblayıb, biz satıcılar bunu daha çox müşahidə edirik. İndi uşağa ayaqqabı alan valideyn azı 5-6 ay dözümlü olmasını istəyir. Bizə də çörək pulu qalır ancaq, qazancdan danışmaq yersizdir. Biz satıcıları bu il həm də pis vəziyyətə salan məktəb direktorlarının, rəhbər şəxslərin bəzi sahibkarlarla əlbir olub geyimi, məktəb ləvazimatlarını monopoliyaya almaqlarıdır. Valideynlərə səs atırlar, yönəldirlər ki, gedin filan mağazadan, alış- veriş mərkəzindən alın. Xeyr ola, sizə bunu kim icazə verir ki, belə göstərişlə geyimləri, ləvazimatları aldırırsız? Bir neçə mərkəz var ki, kütləvi alış orada gedir. Bu, acı reallıqdır ki, öz qazancları üçün edirlər. Bir aydır ki, bu prosesi müşahidə edirəm”.
“Məktəb direktorları ilə danışardım, alverim yaxşı getsin”
Bazarın daxili istiqamətindəki ticarət köşklərində çöldəki köşklərə nisbətdə geyim və ayaqqabıların qiymətlərində 4-5 manat, bəzi geyimlərdə hətta on manat fərq var. Ancaq çanta daxil digər məktəb ləvazimatlarında isə beş qəpikdən beş manata qədər artım müşahidə edilir.
Satıcılar rayonda daha çox tünd göy rəngli geyimlərə üstünlük verildiyini deyirlər. Satıcı Esmira Şıxəliyeva məktəbli geyimlərinin qiymətinin maksimum 25-30 manat arasında dəyişdiyini bildirir:
“Bir həftədir satış artıb. Əsas tünd göy rəngdə ətək, şalvarlara və ağ koftalara tələbat çoxdur rayonda. Müəllimlər üçün də geyimlər gətirmişik. Ucuz, bahalı mallarımız var. Ucuz mallarımız 12 manatdan 15 manata, bahalı mallarımız 15 manatdan 25 manata kimidir. Ətəklərimiz isə 15 manatdan 25 manata kimidir. Özümüzün gətirib tikməyimiz vaxt aparır, sərf etmir, hazır gətiririk, dərzi var, geyimə düzəliş edir. Yaxın iki gündə nə satdım satdım, beş məktəbli geyimi qalıb. Yenidən geyim gətirə bilmərəm, çünki çoxu alıb, mağazada qalar, alınmaz. Bu beş gündə isə ən çox 7 geyim satdım. Mən bilsəydim, məktəb direktorları ilə danışardım ki, alverim yaxşı getsin, ancaq gecikdim. Çünki onlara endirim və kömək olur”.
“Geyimlərdə də keyfiyyət yoxdur”
Valideynlər isə həm narazı, həm də narahat görünürdülər. Çünki geyim tələbi məcbur, məsrəf isə cibdən baha. Kürdşaban kənd tam orta məktəbinə iki məktəbli yola salacaq Şəmsi Mustafayev da belə valideynlərdəndir. O, bir məktəbli üçün minumum 200-250 manat pul tələb olunduğunu deyir:
“Şəxsən müəllim özü mənə səs atıb ki, filan yerdən məktəbli geyimi alın, filənkəslar oradan alıb. Onun dediyi yer də uzaq idi, xəstəxana istiqamətdədir deyə gedə bilmədim. İki uşağı da götürüb gəlmişəm bazara. 400 manat xərclədim. Ən əsas geyim və ləvazimatları aldım, hamısını yox. Ayaqqabı və çantalar ötən ilkindən bahadır, geyimi də məcburidir deyə aldıq. Hələ alınası ləvazimatlar çoxdur. Bu il 50-60 manat artıq pul xərclədim. Geyimlərdə də keyfiyyət yoxdur, tikiş evləri necə gəldi tikib satırlar. O geyimlərin keyfiyyəti məni qane etmir. Özünün tikişi də baha çıxır”.
“15-20 faiz bahalanma var”
Amil Hacıyev də iki məktəbli övladı üçün yarı nəğd, yarı nisyə geyim alan vətəndaşdır. Deyir ki, ötən illə müqayisədə 10-15 faiz artım var.
“Qarağıdır kəndindən gəlmişik. 150 manatla gəldim ki, iki oğluma hər şey alacam, ötən il də bu məbləğə almışdım, amma əksinə vacib geyimlərə əlavə 50 manat da nisyə etdim. Bir dəst geyim, ayaqqabı və çanta. Dəftərinə, qələmlərinə pul çatmadı. Ağ köynək, qara şalvar aldım ikisinə, 15-20 faiz bahalanma var ki, bu da bir çox valideyni borc içində qoyur, yəni xahişlə nisyə almalısan”.
“Hər il bahalaşır, cibə uyğun deyil”
İki məktəbli övladına 300 manat pul xərcləyən Ceyran İsmayılova isə çatışmayan ləvazimatlara görə hələ 200 manat da lazım olduğunu deyir:
“Tək iki uşağın alt və üst geyimi hər biri bir ədəd olmaqla 200 manat tutdu. Dəftər, qələm, pozan, xətkeş, rəngli karandaş və gündəlik birlikdə 100 manat tutdu. Hələ tam almamışam. Çantalar 15 manatdan 20 manata qədər. Ötən il 2-3 manat ucuz idi, 100 vərəqli dəftərlər ötən il 80 qəpik bu il bir manatdan bir manat iyirmi qəpiyə qədər artıb, bəzi az vərəqli dəftərlərdə beş qəpik, gündəlikdə on qəpik, digərlərində 30-40 qəpiyə qədər artım var. 200 manat da lazımdır ki, digər çatışmayanları alım. Ötən il 300 manata almışdım hamısını. Hər il bahalaşır, cibə uyğun deyil”.
“Geyimlərin haradan alınması ilə bağlı vahid tapşırıq yoxdur”
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Rüstəm Aslanov Meydan TV-yə bildirdi ki, məktəblilər üçün vahid geyim formasının seçimi üçün ötən ildən məktəb şuraları tərəfindən müzakirələr aparılıb. Həmçinin əməkdaş valideynlərin məktəbli geyimlərinin haradan almasında və tikdirilməsində sərbəst olduğunu bildirir:
“Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024 tədris ilində bütün ümumi təhsil müəssisələrində vahid məktəbli geyim forması qəbul olunub. Ötən il bu geyim formaları da pedaqoji şuralarda müzakirə olunub və qərar qəbul olunub. Məktəb rəhbərləri bununla bağlı valideynlərə məlumat verib. Geyimlərin haradan alınması ilə bağlı vahid tapşırıq yoxdur, yəni məcburiyyət yoxdur. Valideynlər, məktəblilər istənilən satış mərkəzlərindən geyimləri əldə edə, yaxud tikdirə də bilərlər. Sadəcə tövsiyələrimiz olur ki, daha uyğun, daha keyfiyyətli geyim və məhsullar alsınlar. Yəni məktəb rəhbərliyinin yaxud müəllimlərin valideynləri qazanc üçün hansısa ticarət mərkəzinə yönəltməsi uyğun deyil, bu valideynlərin tam müstəqil öz seçimi əsasında olmalıdır. Hər region, hər şəhər, rayon üçün seçilmiş geyim formaları var. Bizim region üçün qara şalvar, ətək və ağ köynək qəbul olunub. Təhsil Nazirliyində dörd geyim forması var ki, biz də regional idarə üçün ümumi bu geyim formasını seçdik. Dəyişilmir, artıq müzakirə əsasında seçilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2023, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər