reklam
Regionxeberlericom.az » Gündəm » İddiaçı Qarabağ əlili xəstəxanada yatanda Bakı İnzibati Məhkəməsi necə iclas keçirib ?

reklam

İddiaçı Qarabağ əlili xəstəxanada yatanda Bakı İnzibati Məhkəməsi necə iclas keçirib ?









Bəhlul Cəlalov da belə “obyektiv” oldu

Bir neçə gündür ağır ağrılardan 2 saylı şəhər xəstəxanasında müalicədəyəm. Bakı İnzibati Məhkəməsi 13.09.2023-cü il tarixinə hazırlıq iclası təyin etdiyindən, məhkəməyə ərizə verib, iclasa ertələməyi diləmişəm. Eyni zamanda MPM-in 67-1 maddəsinin tələbinə uyğun olaraq 1-ci dərəcəli əlil kimi dövlət hesabına vəkillə təminatıma bir həftədir yenidən ərizə vermişəm. Hakim nə vəkillə təminatla bağlı ərizəmə baxıb, nə xəstəxanada yataqda olmağıma.

Cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sifarişi ilə iddianın mümkün sayılmaması qərara alınıb. Qərar verilməsə də, “elektron- məhkəmə” informasiya sistemində bu barədə məlumat yerləşdirilib. Amma Bəhlul Cəlalovun obyektiv olduğu deyilirdi. Obyektivlik birtərəfli qərar qəbul etmək deməkdir? İstənilən halda, hakimin tərəfləri dinləmək hüququnu pozması göz önündədir. Dinlənilmə hüququnun pozulması qərarın ləğvinə mütləq əsasdır. İPM-in 31.1, MPM-67-1 , bütövlükdə Konstitusiyanın 61-ci maddələri ilə təminat verilən hüquqi yardım hüququna qadağa da ciddi pozuntudur.

Məhkəmə hakimiyyətinin inzibati orqanlardan öhdəlik götürməsi bir daha üzə çıxdı. Bu yol daha kobud şəkildə: İddiaçı Qarabağ əlili xəstəxana yatağında, Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov hakim otağında qazinin pensiyasına ölüm hökmü çıxardı.

Məğrur Bədəlsoy

Qarşı tərfində mövqeyini dərc etməyə hazırıq!

(Tərəf.az)




Paylaş:


Müəllif : Tarix:
14-09-2023, 08:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər