reklam
Regionxeberlericom.az » Gündəm » Ordumuz 10 saata 600 ermənini MƏHV ETDİ

reklam

Ordumuz 10 saata 600 ermənini MƏHV ETDİ

















2022-ci ildə baş verən Sentyabr döyüşlərinin əsas siyasi əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycan rəhbərliyinin danışıqlarda mövqeyi daha da möhkəmləndi və Ermənistanın hərbi potensialının kifayət qədər zəif olduğu bir daha üzə çıxdı. 

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev 2022-ci ilin 13-14 sentyabrında Azərbaycanla Ermənistan arasında baş verən sərhəd toqquşması barədə danışarkən deyib.

“Ermənistanın təxribatlarına cavab olaraq Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən Araz sahilindən Murova qədər 74 döyüş mövqeyini itirdi. 11 strateji yüksəklik və onların ətrafındakı onlarla hakim yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdən sonra Azərbaycan Ordusu hazırkı Ermənistanın ərazisində yerləşən tarixi torpaqlarımıza geniş müşahidə imkanları əldə etdi”, - Verdiyev qeyd edib.

Ekspert bildirib ki, bu gün Ermənistanın 300-dən çox yaşayış məntəqəsi artıq Azərbaycan əsgərinin müşahidə zonasına daxildir:

“Həmçinin gələcək döyüşlər üçün Azərbaycan çox mühüm plasdarmlar əldə etməklə mövqelərini daha da yaxşılaşdırdı, geniş döyüş təcrübəsi əldə etdi. Xüsusilə də gecə döyüşlərinin aparılmasında yeni mübarizə üsulları tətbiq etməklə düşməndən dəfələrlə üstün döyüş potensialına malik olduğunu təsdiqlədi. 10 saat davam edən döyüşlərdə düşmən 600 nəfərə yaxın şəxsi heyət və 1 milyard manatdan çox maliyyə dəyəri olan hərbi texnika və vasitələr itirdi. Ən əhəmiyyətlisi isə ordumuz yeni və əlverişli mövqelər əldə etdi. Düşmən qüvvələrinin izlənilməsini həyata keçirmək üçün imkanlarımız daha da genişləndi. Ordumuzun mənəvi psixoloji döyüş hazırlığı səviyyəsinin yüksək olduğu bütün tərəfdaşlarımıza bir daha isbat oldu. Sentyabr döyüşləri Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan ən böyük qələbəmizdir”. 




Paylaş:


Müəllif : Tarix:
14-09-2023, 09:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər