“Mənə qarşı vicdansızlıq edirlər...” - QALMAQAL
Sabiq deputat Qalib Salahzadə Bilgəhdə çoxsaylı vətəndaşların torpaqlarını zəbt etməsi barədə iddialara reaksiya verib. “Kimsə deyir ki, Bilgəhdə Aslan Salahzadə küçəsi, döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Qalib Salahzadə tərəfindən zəbt olunub. Bir müraciət edin, görün, ümumiyyətlə, belə bir ünvan varmı? Mənə qarşı vicdansızlıq edirlər. Mən hər il Həcc ziyarətində olan adamam. Hər il də Həcc ziyarətinə nə qədər adam yollayıram. Bu zamana qədər 500 adama yardım etmişəm, onlar da Həccə gedib. Görün, indi mənim barəmdə nələr yazırlar?!” Sabiq deputat Oxu.az-a açıqlamasında belə deyib.
Hətta Qalib Salahzadə həmin şəxslərin mətbuata müraciət etməsinə təəccübləndiyini dilə gətirib: “Kiminsə şikayəti varsa, polisə, prokurorluğa müraciət etməlidir. Vallah, mən bilmirəm ki, niyə mətbuata müraciət edirlər. Ölkədə qanun var, məhkəmələr var. Məgər mətbuat polisdir, məhkəmədir?!”
Yada salaq ki, avqustun 27-də bir qrup şikayətçi Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində mətbuat konfransı keçirib. Həmin konfransda cəmiyyətin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Qalib Salahzadənin Bilgəhdəki qanunsuzluqlarına son qoyulmalıdır: “10-larla vətəndaş cəmiyyətə müraciətlər edərək bildirir ki, Qalib Salahzadə Bilgəhdə onların torpağını zəbt edib. Axı bu adam kimdir? Niyə onun barəsində qanuni tədbir görülmür? Adının qarşısında hacı titulu olan bu şəxs böyük haqsızlıqlar edir, qanunlara məhəl qoymur. Vətəndaşlar məhkəmələrdə qalıb. İş burasındadır ki, məhkəmə qərarları da icra olunmur. Hacı Qaliblə bağlı vətəndaşların əllərində onlarla məhkəmə qərarları var, amma baxan yoxdur”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirib ki, hüquq-mühafizə orqanlarına baş verən qanunsuzluqla bağlı müraciət olunacaq: “Hacı Qalib vətəndaş Seymur Quliyevin, Nurid Əliyevin, 28 nəfər ”Posat" kooperativi üzvlərinin və onlarla digər şəxsin torpaqlarını zəbt edib, evlərini darmadağın edib. Məhkəmələr bu haqda qərarlar veriblər. Hacı Qalib isə torpaqları zəbt altında saxlamaqdadır. Vətəndaşlar dövlətdən kömək istəyir".
Tədbirdə iştirak edən zərərçəkənlərdən biri Seymur Quliyev Bilgəh qəsəbəsində, Bilgəh sanatoriyası və məşhur “Amburan” istirahət mərkəzinin yaxınlığında yerləşən özəl əmlakının Hacı Qalib Salahzadə tərəfindən darmadağın olunduğunu bildirib. Ümumiyyətlə isə Qalib Salahzadənin Bilgəhdə torpaqları zəbt etməsi ilə bağlı bu gün də məhkəmələrdə müxtəlif vətəndaşların iddiaları var.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2019, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2019, 10:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39