reklam
Regionxeberlericom.az » Gündəm » Elektirik enerjisinin kəsilməsinə etiraz edən bir ailənin 3 nəfər üzvü intihara cəhd etdi

reklam

Elektirik enerjisinin kəsilməsinə etiraz edən bir ailənin 3 nəfər üzvü intihara cəhd etdi


Ucar rayonunda elektirik enerjisinin kəsilməsinə etiraz edən 3 nəfər intihara cəhd etdi. Hadisə bu gün saat 12-00 radələrində Ucar şəhəri Oğuz küçəsi ərazisində baş verib. Bunlar Ucar şəhəri Firdovsi küçəsi ev 28 sakinləri Hüseynov Elşad Məmmədhəsən oğlu, onun qardaşı Saqı və onların qohumları Göyçay rayon sakini Həsrətzadə Pərvin Gülağa oğlu olub.

Onlar "AccessBank" ASC-nin Ucar filialının binasının üstünə çıxaraq intihar etmək istəyiblər.Səbəb kimi isə evlərinə verilən elektirik enerjisinin kəsilməsi olub. 109 manat borca görə Ucar Elektirik Şəbəkəsinin əməkdaşları bir neçə gün əvvəl Hüseynov qardaşlarının evinə elektirik enerjisnin verilməsini dayandırıblar.

Əraziyə Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi gəldikdən sonra aparılan danışıqlar nəticəsində intihara cəhdin qarşısı alınıb.  

Faktla bağlı araşdıra aparılır. 

Fuad Hüseynov  regionxeberlericom.az 









Paylaş:


Müəllif : Tarix:
2-03-2019, 15:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər