reklam
Regionxeberlericom.az » Gündəm » Sahil Babayevlə Ağalar Vəliyev birləşib 72 yaşlı qadının əli ilə şəhid ailələrinə mənzil satır

reklam

Sahil Babayevlə Ağalar Vəliyev birləşib 72 yaşlı qadının əli ilə şəhid ailələrinə mənzil satır

















Ötən ay Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş həm şübhəli, həm maraqlı, həm də müəmmalı bir tender prosedurunun nəticəsi barədə məlumat yaymışdı. Xatırladaq ki, məlumatdada bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Redaksiyanın araşdırma qrupa həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Kürəkəni Rəhman Penitensiar Xidmətin 2013-cü ildə istifadəyə verdiyi Şəki Cəzaçəkmə Müəssisəsinin tikintisinə rəhbərlik edənlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına gəlincə. Məlumatlı mənbənin bildirdiyinə görə Xanım Ağaməmmədovanın əvvəllər olduğu kimi, burada da şübhəli maliyyə əməliyyatlarının həyata keçirəcəyi istisna deyil. Belə ki, hazırda Bakı şəhərində və bölgələrdə “Kristal Abşeron” MTK tərəfindən tikilmiş və satılmayan mənzillər məhz Xanım Ağaməmmədova vasitəsi ilə əlil olmuş şəxslərə və şəhid ailələrinə satılacaq.

Qeyd edək ki, dövrü mətbuatda yayılmış məlumatlarda “Kristal Abşeron” MTK-nın əsas sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Bir də görsənən odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin deputatı Ağalar Vəliyevlə birləşib şübhəli maliyyə əməliyytları üzrə ustalaşmış, ad çıxarmış bir 72 yaşlı xanımın əli ilə dövlətin əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ayırdığı puldan da silmək istəyirlər.

Biz bir mətbuat orqanı olaraq Dövlət Məşğulluq Ağentliyinə 72 yaşlı Xanım Ağaməmmədovanın hazırda harda çalışdığı barədə sorğu ünvanlamağı planlaşdırırıq. Araşdırmalarımız davam edir.

Aktualinfo.org





Paylaş:


Müəllif : Tarix:
18-09-2023, 12:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər