"Azəriqaz" qalmaqallı ittihamlara belə CAVAB VERDİ
Bu il avqust ayının 9-da “Azəriqaz” İstehsalat Birliyində Bakı Regional Qaz İstismarı İdarəsinin Sabunçu rayonu üzrə Texniki istismar Xidmətində mühəndis işləmiş Babayeva Şəfaqət Məmməd qızının əmək müqaviləsinə xitam verildikdən sonra o, bir sıra internet media orqanlarında çıxış edərək qurumda baş verən qanunsuzluqlar və özünə qarşı edilmiş haqsızlıqlara dair iddialarla çıxış etmişdir. Bu barədə DİA.AZ-a "Azəriqaz"dan daxil olan məlumatda deyilir.
Xəbərdə daha sonra bildirilir: "Təəssüf ki, bu yazıları öz internet səhifəsində yayan bəzi qurumlar “Azəriqaz” İstehsalat Birliyinin məsələyə dair münasibətini öyrənməyiblər, buna cəhd belə göstərməyiblər, bəhs edilən yazıda qarşı tərəfin mövqeyinin yerləşdirilməsinə hazır olduqlarını da bildirməyiblər. Nəticə etibarı ilə ictimayətdə məsələ ilə əlaqədar yanlış fikir formalaşdırılır. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə (Məlumat azadlığının təminatı) əsasən “məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Həmin Qanunun 5-ci maddəsinə (Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri) görə isə məlumat obyektivliyi, tamlığı və həqiqiliyi əks etdirməlidir. Bundan başqa, 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmış, sonradan ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilmış “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”n 1.2-ci bəndinə görə “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir”.
Qeyd etməliyik ki, Babayeva Şəfaqət Məmməd qızı “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Sabunçu rayonu üzrə Texniki istismar Xidmətində 11.01.2016-cı il tarixindən etibarən bağlanmış müddətli əmək müqaviləsi əsasında mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Xidmət sahəsində görülən işlərin təkmilləşdirilməsi və ya mövcud çatışmazlığın aradan qaldırılmasına dair bütün işçilər tərəfindən, o cümlədən Ş.Babayeva tərəfindən daxil olan müraciətlər hər zaman mahiyyəti üzrə baxılmış və zəruri olduğu təqdirdə Birliyin rəhbərliyinin göstərişinə əsasən müvafiq tədbirlər görülmüşdür. Bununla belə, Ş.Babayeva çalışdığı dövrdə işində yol verdiyi qüsurlara və qanunsuz hərəkətlərinə görə bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, Birliyin Baş direktorunun 18 mart 2016-cı il tarixli əmri ilə mühəndis Babayeva Şəfaqət Məmməd qızına əsas vəzifələrinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyinə, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl edilmədiyinə görə (xidmət göstərdiyi ərazidə yaşayan vətəndaşın müraciətini yerində araşdırmadan formal şəkildə akt tərtib edərək istehlakçının əvəzinə sənədi imzalamış və bu barədə Departament rəhbərinə yanlış məlumat vermişdir) intizam tənbehi olaraq töhmət verilmişdir. Bundan başqa, vəzifə təlimatlarının kobud surətdə (xidmət sahəsində vətəndaşlara özünü Lalə kimi təqdim edilməsi və s.) pozulmasına görə Birliyin Baş direktorunun 28 iyul 2016-cı il tarixində imzaladığı növbəti əmr ilə Ş.Babayevaya sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir.
Ş.Babayeva Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) götürdüyü “İş yerinə dair arayış”a istinadən informasiya agentliklərinə verdiyi açıqlamalarında onunla bağlanılan əmək müqaviləsinin bitmə tarixi kimi 14.01.2020-ci ili göstərmişdir. Bununla əlaqədar olaraq bir daha bildiririk ki, Şəfaqət Babayeva ilə 11.01.2016-cı ildə bağlanmış əmək müqaviləsi müddətli olduğuna görə tərəflərin etirazı olmadığı təqdirdə hər növbəti il üçün uzadılırdı. Ş.Babayevaya 14.01.2019-cu il tarixində əmək müqaviləsinə 18.01.2019-cu ildə xitam veriləcəyinə dair bildiriş verilmışdır. Eyni zamanda həmin bildirişdə, Ş.Babayevaya ixtisasına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin digər struktur bölməsində daha böyük vəzifədə (12-ci dərəcəli böyük mühəndis) işləmək təklifi Birlik rəhbərliyi tərəfindən edilmişdir. Ş.Babayevanın qüvvədə olma müddətində təklifin və bildirişin qəbul edilməsindən imtina edilməsi faktı müvafiq qaydada aktlaşdırılmışdır. Daha sonra müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar müalicə aldığı üçün Ş.Babayeva ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin iradəsindən asılı olmayan səbəbə görə mümkün olmamışdır və əmək müqaviləsinin müddəti avtomatik olaraq daha bir il MEİS-də uzadılmışdır. Qeyd etmək lazımdır ki, müalicədən sonra işə çıxdığı ilk və sonuncu iş günündə Ş.Babayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin iş günun başa çatmasına 2 saat qalmış heç kimə demədən iş yerini özbaşına tərk etmişdir. Lakin internet resurslarında yerləşdirilmiş məlumatda yanlış olaraq bildirib ki, sonuncu iş günü “xəstəxanada olarkən müqaviləmə xitam verilib”. Beləliklə, Ş.Babayevaya münasibətdə əmək qanunverivciliyinin tələbləri pozulmamışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq ümidvar olmaq istəyirik ki, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqədar hər hansı bir məlumat KİV-də yayılmazdan öncə məsələyə dair Birliyin mövqeyi də öyrəniləcəkdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2019, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2019, 13:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16