reklam
Regionxeberlericom.az » Gündəm » Elşad Həsənov istədiyini edir... - ÖZBAŞINALIQ!

reklam

Elşad Həsənov istədiyini edir... - ÖZBAŞINALIQ!








Xatırladaq ki, “Elşad Həsənov Yasamalı səhraya çevirir” və bu yaxınlarda aktualxeber.az saytında “İcra başçısının Ümid adlı qoçusu” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Elşad Həsənovun “xeyir-duası” ilə A.M.Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilərək yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqların məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi.

Bundan əlavə qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A.M.Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla sökmüşdür. Vətəndaşın dediyinə görə Ümid icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr göstərişi icra edəcəyini israr edibdi. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ü.Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət belə yetirilməsinə bais olubdu.

Şikayətçi yeni məlumatlar və sənədlər təqdim edibdi. Həmin sənədlərdən məlum olur ki, Yasamal RİH-nin dəllal məmurları vətəndaşa məxsus aptekin qarşısını “Mansur” firmasının sahibi İlqar adlı şəxsə qanunsuz olaraq sataraq, hətta oranın özəlləşdirilməsinə belə nail olublar. Bundan xəbər tutan İ.Hümmətov məhkəməyə müraciət edərək həmin yerin çıxarışını ləğv etdirməklə haqlı olduğunu sübuta yetirmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 02.06.2022-ci il tarixli qərarını 14.02.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, 15.05.2023-cü il tarixdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası qüvvədə saxlamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı üçün rüşvət məhkəmə qərarından daha üstündür. Belə olmasaydı öz qoçu dəstəsini sahibkarın üstünə göndərərək hədə-qorxu ilə ona məxsus obyektini zorla, dəyər-dəyməzinə İlqara satdırmağa çalışmazdı. Onu da qeyd edək ki, vətəndaş ona qarşı olan haqsızlıqla bağlı dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ümidvarıq ki, Elşad Həsənov kimi məmurların belə özbaşınalığı yəqin ki, cəzasız qalmayacaqdır.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

(Dia.az)




Paylaş:


Müəllif : Tarix:
23-09-2023, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər