Araz Musayev Selçuk Bayraktarla görüşdü - Fotolar
“Furqanoğlu” şirkətlər qrupunun baş direktoru, “Muay Thai” Federasiyasının prezidenti Araz Musayev “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.
Görüşdə Selçuk Bayraktar Bayraktar “Furqanoğlu” şirkətinin “TEKNOFEST”də gördüyü işləri izlədiyini bildirib.
Araz Musayev qeyd edib ki, 27 sentyabr - 1 oktyabr tarixlərində İzmir Çiğli Hava Limanında keçirilən və 5 gün davam edəcək “TEKNOFEST” festivalında “Furqanoğlu Dəmir Yumruq” stendi də yerini tutub.
Araz Musayev Vətən müharibəsində “Bayraktar TB2” dronları ilə göstərdiyi dəstəyə görə “Baykar” şirkətinə təşəkkür edib və “İki dövlət - Bir millət” şüarı ilə keçirilən “TEKNOFEST”ə dəstək verməyə borclu olduğumuzu qeyd edib: “Dəstəklədiyimiz layihələrdən biri olan “Atlas C1” silahı 55-60 metr hündürlüyə qalxır, müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir.
“Atlas C1” pilotsuz uçan aparatının layihəsi Selçuk Bayraktar, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi Prezidenti, TÜBİTAK prezidenti və STM baş direktoruna təqdim edilib. Ümumilikdə stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsi sərgilədik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-09-2023, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər