reklam
Regionxeberlericom.az » Gündəm » Qarabağ əlilinə vəkil ayrılmasından imtinanın vicdansız əsaslandırılması

reklam

Qarabağ əlilinə vəkil ayrılmasından imtinanın vicdansız əsaslandırılması












Hakim Bəhlul Cəlalov iddianı mümkün saymayacağını öncədən aktlaşdırıb

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ , qanunla nəzərdə tutulmuş hallarda bu hüquqdan dövlət hesabına, ödənişsiz yararlanmaq hüququ vardır.

Ana Qanunun 129-cu maddəsinə görə prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin edilir. İnzibati Prosessual Məcəllənin (İPM) 31.1-ci maddəsinə görə, proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ var. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə görə, məhkəmədə vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslərə heç bir məhdudiyyət qoyulmadan göstərilən vəkil xidmətinin haqqı dövlət büdcəsinin hesabına ödənilir. Bu Konstitusiya, bu qanun, bu Prosessual Məcəllə, bu da Bakı İnzibati Məhkəməsinin (İM) qeyri-prosessual özbaşınalığı!

Bakı İM-in hakimi Bəhlul Cəlalov İPM-in 31.1-ci maddəsinin vəkil ayrılmasına əsas verdiyi halda, İPM-in 1.2 maddəsi əsasında MPM-in 67.2 maddəsini tətbiq edib və 02.05.2023 tarixli qərardadla 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından imtina edib ki, yalnız kassasiya instansiyasında vəkil ayrılması qanunda nəzərdə tutulub. MPM-ə 09.06.2023 tarixli qanunla edilən dəyişikliklə 67.2 maddəsi ləğv edilib və yeni 67-1 maddəsi (“ Vəkilin prosesdə dövlət hesabına iştirakı”) əlavə olunub. Bu yeni maddə hakimlərə birinci, apellyasiya instansiyalarında da vəkil ayırmağa prosessual əsas verir. Di gəl, məhkəmə hakimlərinin öz qeyri-prosessual əsasları var.

1-ci dərəcəli Qarabağ əlili xəstəxanada ölümlə çarpışanda Bakı İM-in hakimi Bəhlul Cəlalov əlilin iclasın ertələnməsi haqqında 2 ərizəsinə baxmayıb, 13.09.2023 tarixli qərardadla vəkil ayrılmasından imtina edib. Hakimin əsaslandırılması özbaşınalıqdan və vicdansız davranışdan özgə bir şey deyil. Özbaşınalığa, vicdansızlığa baxın, HAKİM ÖNCƏDƏN İDDİANI MÜMKÜN SAYMAYACAĞINI , BU “ƏSAS”LA 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİ İDDİAÇININ VƏKİLLƏ DÖVLƏT HESABINA TƏMİN OLUNMAQ HÜQUQUNUN REALLAŞDIRILMASININ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ UYĞUN OLMADIĞINI AKTLAŞDIRIB. (?)

Hakimin öncədən işin nəticəsi barədə fikir bildirməsinin özü bir yana, iddianı mümkün saymayacağını aktlaşdırması ölkədə məhkəmə hakimiyyətinin olmadığını bir daha ortaya qoyur. Məhkəmə hakimiyyəti yoxdursa, hansı hüquqdan danışmaq olar?

Məğrub Bədəlli





Paylaş:


Müəllif : Tarix:
5-10-2023, 08:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər