reklam
Regionxeberlericom.az » Gündəm » Sabiq deputatın qumarxanası.... - Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun “Min bir gecə” restoranında nələr baş verir..?

reklam

Sabiq deputatın qumarxanası.... - Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun “Min bir gecə” restoranında nələr baş verir..?














Azərbaycanda son bir neçə ildə tarixdə olmayan proseslər baş verir. Belə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı ilə ordumuz 30 ildir, əslində 100 ildir erməni işğalı altında olan torpaqlarımızı azad edir və... Bu boyda qürur duyulası işlərin qarşılığında bəzi məmurlarımız, sabiq deputatlar elə əməllər törədirlər ki, adam yazmağa, danışmağa utanır...

Bəzi məmurların, deputatların əməlləri vətəndaşları dövlətdən narazı salır. Belə vəzifəli şəxslərdən biri də sabiq deputat, Hüseynbala Fazil oğlu Mirələmovdur. Özünün tərcümeyi-halında azərbaycanlı siyasətçi, yazıçı, professor kimi qeyd olunan Hüseynbala Mirəlmovun əməlləri barəsində mediada gedən və faktlara söykənən xəbərləri oxuyanda adam düşünür ki, bu nə məxluqdur...

Bu adamın barəsində ölkə mediasında yayılan rüsvayçı videonu görəndə düşünürdük ki, ləyaqəti olan bir adam bu videodan sonra ən azı HAQQ YOLUNA qayıdar, TÖVBƏ edərdi, amma.... Qızı yaşında xanıma qarşı etdikləri hərəkətin ölkə mediasında yayılması bu adama dərs olmadı.. Hər şeyi bir kənara qoyaq...Görəsən bu adam öz ailəsinin, uşaqlarının, nəvələrinin, dost-tanışın üzünə necə baxır..? Üzr istəyirik, insan nə qədər həyasız olmalıdır ki, yaşamaqda davam eləsin. Özü də söhbət Hüseynbala Mirələmovun dərs dediyi, kafedra müdiri olduğu ali məktəbdən, Neft Akademiyasından gedir. Bu adam öz ƏLİNİN HƏRKƏTİ ilə bir gənc xanımın ailəsini, qardaş-bacısını da biabır elədi...

Sözün qısası, professorun bu hərəkətindən sonra onu universitetdən, hətta üzvü olduğu Yeni Azərbaycan Partiyasından i.... kimi qovdular. Amma bütün bunlar ona dərs olmadı. İndi bu gün yayılan xəbərdən bəlli olur ki... Keçmiş deputat Hüseynbala Mirələmovun Bakıda GİZLİ QUMARXANASI aşkar olub. Belə ki, yayılan xəbərə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən tanınmış əcnəbi iş adamlarından birinin külli miqdarda pulu yoxa çıxıb...

Məlumat üçün onu da qeyd edək ki, Hüseynbala Mirələmov uzun illər Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini olub. Yəni bu adam uzun illər qaz vurub qazan doldurub, milyonlar qazanıb. Həm də Allah qoymasa yazıçıdır, romanları var... Görəsən bunun yazdığı əsərlərdən hansı gənc nəsil örnək götürə bilər..?

Sözün qısası, Hüseynbala Mirələmovun Bakıda xeyli sayda ticarət obyektləri, biznes mərkəzləri var. Onlardan biri də “Min bir gecə” istirahət mərkəzidir. İndi məlum olur ki, bu restoran həm də qumarxana, əxlaqsızlıq yuvası imiş.

Bəli sabiq deputatın bu restoranında əcnəbi şəxsin külli miqdarda pulu yoxa çıxıb. Daha doğrusu, əslində əcnəbi iş adamının pulu qumar masasında “əriyib”, sadəcə rəsmiləşdirmə üçün bu olayı oğulruq adı ilə təqdim eməyə çalışıblar. Aydın olur ki, keçmiş deputat Hüseynbala Mirələmova məxsus olan bu obyekt həm də qanunsuz qumarxana kimi fəaliyyət göstərir. İndi söz hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarınındır. Bizdən yazmaq, tədbir görmək isə sizdən, cənablar.

P.S. Bir millət vəkilinin ki, tikib-qurduğu obyektin adı min. bir. gecə. ola, ondan nə gözləmək olar. 2 gecə olmaz hörmətli Hüseynbala müəllim?

gundelik baki.com




Paylaş:


Müəllif : Tarix:
7-10-2023, 13:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər