reklam
Regionxeberlericom.az » Gündəm » Vardanyanın şikayəti təmin edilmədi

reklam

Vardanyanın şikayəti təmin edilmədi


Bir neçə gün əvvəl həbs edilmiş qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan həbs qərarından narazıdır.

“Qafqazinfo”nun məlumatına görə, R.Vardanyanın vəkili Afət Qaziyeva qərardan şikayət verib. Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq şikayəti təmin etməyib.

Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
9-10-2023, 17:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər