reklam
Regionxeberlericom.az » Gündəm » Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankın problemli kreditləri artır

reklam

Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankın problemli kreditləri artır


















Bu ilin 2-ci rübünün yekunlarına olan sonuncu məlumata görə “Bank BTB” ASC-nin problemli kreditlərinin həcmi 22 milyon 15,1 min manat, faizlər üzrə borclar isə 4 milyon 177 min manat olub.

Əvvəlki illərin analoji dövrü ilə müqayisədə “Bank BTB” ASC-nin problemli kreditlərinin həcmi artıb.

Ən çox artım bank tərəfindən ticarət müəssisələrinə verilən kreditlər üzrə qeydə alınıb. Bank tərəfindən ticarət müəssisələrinə verilən 26 milyon manat kreditin 1/3-dən çoxu – 9,8 milyonu vaxtında geri qaytarılmayıb. Qaytarılma müddəti bir ili keçən kreditlərin həcmi isə 7,8 milyon manat olub.

Müqayisə üçün bildirək ki, ötən ilin analoji dövründə bank tərəfindən ticarət müəssisələrinə verilən kreditlər üzrə vaxtında geri qaytarılmayan kreditlərtin həcmi 8,4 milyon olub və bunun 2,2 milyon manatının geri qaytarılma vaxtı bir ildən çox ötüb. 2021-ci ildə bu göstərici 2,1 milyon, 2020-ci ildə isə 621 min manat olub.

Rəqəmlərdən də göründüyü kimi, ticarət müəssisələrinə verilən kreditlər üzrə qaytarılma vaxtı bir ildən çox ötən kreditlərin məbləği son 4 ildə 621 min manatdan 7,8 milyon manata yüksəlib.

Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız “Bank BTB” ASC zərərlə işləyib. 

Bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, uzun illərdir mətbuatda "Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasının da direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.

Xatırladaq ki, R. Mehdiyev bu gün – oktyabrın 10-da yerli mətbuata açıqlamasında sözügedən bankın ailə üzvlərinə məxsus olmasını təsdiqləyib.


 




Paylaş:


Müəllif : Tarix:
10-10-2023, 19:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər