reklam
Regionxeberlericom.az » Gündəm » Seyid də bacarmadı: Penitensiar xidmət RÜŞVƏT BURULĞANINDA... - FAKT BUDUR!

reklam

Seyid də bacarmadı: Penitensiar xidmət RÜŞVƏT BURULĞANINDA... - FAKT BUDUR!








Uzun müddətdir ki, Penitensiar Xidmətdə aparılan islahatlardan, görülən işlərdən ağız dolusu danışmaq istəyənlər var. Amma bu gün əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Penitensiar Xidmətdə islahatlar aparılsa da, Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində rüşvət halları baş alıb gedir. Sanki bu belə də olmalıdır.

Konkret olaraq onu göstərə bilərik ki, Penitensiar Xidmətin tabeçiliyində olan 10 saylı Cəzaçəkmə Müəssisəsində 90% pullu xidmətdir, bu pullu xidmət dustaqların ailə üzvlərinin, həyat yoldaşlarının, analarının, bacılarının azadlıqda min bir əzab-əziyyətlə qazandıqları pulların hesabına ödənilir. Baxmayaraq ki, dövlət tərəfindən tam təmin olunan Cəzaşəkmə Müəssisələrində dovlətin ayırdığı vəsaitlər hesabına heç bir iş görülmür.

10 saylı Cəzaşəkmə Müəssisəsində telefondan tutmuş, suya qədər hər şey pulladır. Su isə şor sudur. Camaatdan işıq pulu, su pulu, qaz pulu, televizor pulu, soyuducu pulu, şkaf pulu, kondisioner pulu, saç pulu, geyim (rəngindən asılı olaraq) pulu, yaşamaq üçün kirayə ev pulu alırlar. Burada kirayə haqları hər ay 200 manatdan başlayır, 15 000 manatda bitir. Pulun varsa qatı cinayətkar olsan da kefdəsən. Ali Baş Komandanımızın siyasətinin əleyhinə çıxan Hüseyn Abdullayevin yaşayış tərzi yoxlanılsa Mirsaleh Seyidovun ölkə başçımıza nə qədər sadiq olması üzə çıxacaq.

Hörmətli Mirsaleh Seyidov, bilmirsinizsə deyək bilin. Hüseyn Abdullayev başqa məhbuslarla bərabər "Taxta Barak"da da yaşaya bilər. Amma adı yazılıb "Məktəb Barak"da, yaşayır ən VİP otaqlarda.

Amma onu da nəzərinizə çatdırım ki, "Məktəb Barak"da da 1 nəfərin kirayə haqqı 300 manatdır, başqa xidmətləri demirəm. Amma çox hörmətli dostumuz Mirsaleh Seyidov, biz bu faktları yazmaqla rüşvət və korrupsiya hallarının qarşısını almaq istəyirik və bu işdə biz cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dəstək olmaq istəyirik.

Səmimi olaraq sizdən bir xahişimiz də var. Hüquq Mühafizə Orqanlarında işləyən dostlarınızı bizə görə narahat etməyin, göstərdiyimiz nöqsanları aradan qaldırın. Axı cənab Prezidentimiz buyurur ki, jurnalistərimiz bizə dəstək olmalıdır, siqnal verməlidirlər. Biz bu siqnalı verdik.

Gələn yazımızda "Çentralnıy" kimi tanınan Müalicə Müəssisəsində olanları nöqtə, vergülünə qədər nəzərinzə çatdıracağıq. Biz bu işdə sizə yaxından dəstək olmaq istəyirik. Bəlkə sizin bu nöqsanlardan heç xəbəriniz yoxdur? Bəlkə Cəzaçəkmə Müəssisələrindən yığılan milyonlardan xəbərsizsiniz? Biz bu məlumatları cəmiyyətimizə, çox hörmətli Prezidentimizə və sizə veririk.

P.S. Axı biz bundan artıq nə edək ki, aidiyyati orqanlar Penitensiar Xidmətdə yoxlamalar apararaq həbslərə başlasın. Bəzi dostlarımız bu işlərə görə bizdən inciyir. Axı biz dövlətimizi, vətənimizi Prezidentimizi sevirik. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
14-10-2023, 11:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər