reklam
Regionxeberlericom.az » Gündəm » 1-ci dərəcəli qazinin “qanpulu”nu kim yeyib? - Axı niyə?

reklam

1-ci dərəcəli qazinin “qanpulu”nu kim yeyib? - Axı niyə?












“Mənim qanım qızıl idi, sığortası pul-pul idi.”

Səni yanasan, qanımı yeyən, diri yanasan pulumu yeyən!

Yenə də el arasında “qanpulu” deyilən birdəfəlik sığorta ödənişinin yerinə, DSMF-dən məktub aldım. 17 gün qabağa -26.09.2023-cü ilə idarə heyətinin sədr müavininin imzaladığı məktubda bildirlir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcəli əlilliyinizə görə TƏYİNAT APARILIB və BİRDƏFƏLİK ÖDƏMƏ barədə QƏRAR VERİLİB. Bəs niyə DSMF-in dövlət icbari şəxsi sığorta məsələləri departamenti birdəfəlik ödəməni ABB-dəki hesabıma köçürmür? Məktubu hazırlayan departamentin əməkdaşı Cəfər Salmanov 2 ilə yaxındır sürən dələduzluğu nə ilə izah edir? Heç demə, nəzərə almağımız xahiş olunur ki, “DÖVLƏT BÜDCƏSİNDƏN ƏLAVƏ VƏSAİT AYRILAN KİMİ ÖDƏMƏ HƏYATA KEÇİRİLƏCƏK”.

Bəs ayrılan vəsaiti kim yeyib ki, indi də əlavəsini gözləyək? Sözügedən departamentin müdiri Kənan Hüseynov, onun müavini, “Azərsığorta”da hüquq və kadr departamentinin müdiri kimi qazi-şəhidlərin “qanpulu”nu dələduzluqla məhkəmələrlə, Ədliyyə Nazirliyinin icra məmurları ilə ortaq yeməkdə ad çıxaran Əfqan Mirzəyev ? Mənim qanpulumu kim yeyib? Belə çıxır, dövlət büdcəsindən ayrılan vəsait mənimsənilib. Xatırladırıq ki, 2021-ci ildə ilkin olaraq büdcədən 50 milyon manat ayrılıb. DSMF-in verdiyi bilgiyə görə, 2022-ci ildə 17 min civarında 1-ci Qarabağ savaşı yaralılarına 110 milyona yaxın “qanpulu” ödənilib. 2023-cü ildə isə ödəniş məbləği 2,6 milyon olub. Bu 2,6 milyonun içində isə mənim 8800 manatlıq “qanpulum” olmayıb. Onda mənim qanpulumu kim yeyib?

“Mənim qanım qızıl idi,

Sığortası pul-pul idi.

Səni yanasan, qanımı yeyən!

Diri yanasan pulumu yeyən!”

Məğrur Bədəlsoy





Paylaş:


Müəllif : Tarix:
14-10-2023, 11:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər