reklam
Regionxeberlericom.az » Gündəm » Kənd Təsərrüfatı nazirliyində nazir dəyişsədə üsül idarə köhnədir..-

reklam

Kənd Təsərrüfatı nazirliyində nazir dəyişsədə üsül idarə köhnədir..-












Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Media Orqanlarının rəhbərlərinə

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən

Müraciət.

Hörmətli cənab prezident!

Bir Şəhid və Qarabağ veteranı anası olaraq mən də Sizin komandanlığınız altında mənfur ermənilərin üzərində qazandığımız qələbə münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, ölkə daxilində bəzi üzdəniraq məmurların qəsdən törətdikləri problemlər də tezliklə öz həllini tapacaqdır.

Cənab prezident!

Nəzərinizə çatdırıram ki, oğlum Həsənov Naməddin Tofiq oğlu yeni təyin olunmuş Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olarkən, bütün faktları cənab nazirin diqqətinə çatdırsa da, köhnə komandanın üzvləri olan Aqrar Xidmətlər Agentliyinin sədr müavini, Şəhid ailələrini təhqir edən, qələbəmizə ağız əyən, Real TV-nin efirində tezyetişən sorta tez bara düşən sort deyərək öz savadsızlığını biruzə verən Cəfər Məhərrəmov və haram yeməkdən başı televiziya ekranlarından böyük olan mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov cənab nazirə bildirmişdir ki, guya dövlətin avtomobilini oğlum mənimsəyib və evimizdə saxlayır. Bu ağ yalana və böhtana qarşı bildirirəm ki, avtomobilin təhvil-təslim olunması barədə oğlum dəfələrlə telefon və Votşap vasitəsilə (həmin Votşap yazışmaları sübut olaraq bizdə var və tədim edə bilərik) müraciət etsə də Baş idarədə buna qəsdən əhəmiyyət verməyiblər. Ona görə də oğlum rəsmi poçt vasitəsilə Aqrar Xidmətlər Agentliyinə müraciət edərək onların nümayəndələrinin iştirakı ilə avtomobilin təhvil-təslim olunmasını xahış etmişdir. Bu müraciətdən sonra AXA-nın iki nəfər əməkdaşının iştirakı ilə akt tərtib olunaraq avtomobil saz vəziyyətdə təhvil-təslim olunmuşdur. Bununla bağlı bizə qarşı böhtan yağdıranların nəzərinə çatdırıram ki, həmin avtomobil dövlət əmlakıdır və qanunla qorunmalıdır. Eyni zamanda bildirirəm ki, beş il müddətində avtomobilə təmir xərcləri ayrılsa da, həmin vəsait aidiyyəti üzrə çatdırilmayıb, həmin pullar Cəfər Məhərrəmov və Rəşad Vahabzadə tərəfindən udulub. Avtomobili isə oğlum Həsənov Naməddin mənim pensiyamın hesabına təmir etdirib. Avtomobilin ehtiyat hissələrinə çəkilən xərclər barədə qəbzləri oğlum Baş idarəyə təqdim etsə də, həmin xərclər ödənilməyib. Bu məsələnin araşdırılması o qədər də çətin deyil, çünki ayrılmış vəsaitin hansı təyinat üzrə xərclənməsi sənədlərdə açıq-aşkar görünür. Belə ki, xəzinədən avtomobilin təmiri üçün ayrılmış vəsaiti ya Cəfər Məhərrəmov və Rəşad Vahabzadə mənimsəyib, ya da ki, oğlum mənimsəyib.

Kənd Təsərrüfatı nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov isə bizə bildirir ki, oğlunuz hər şeyi sıfırdan başlamalıdır. Qeyd edim ki, oğlum alim-aqronomdur, peşəkardır və bu sahədə böyük təcrübə və bilik sahibidir. Sıfırdan isə Kənd Təsərrüfatı Nazirliyinə doldurulmuş politoloq, regionşünas, hüquqşünas, fizika, riyaziyyat, tarix, coğrafiya və əlifba müəllimləri, neftçilər başlamalıdır. Mənim oğlumun sıfırdan başlamasına ehtiyac yoxdur, çünki onun bu sahədə bilmədiyi heç nə yoxdur. İlham Süleymanova isə məsləhətim odur ki, həmyerlisi Rəşad Vahabzadəyə vəkillik etməkdənsə, vəzifəsini qanun və vicdanla icra etməsi daha məqsədə uyğundur.

Eyni zamanda bildirirəm ki, oğlumun Aqrar Xidmətlər Agentliyində dərs keçdiyi savadsız kadrlar sıfırdan başlamalıdır. Təəssüflər olsun ki, oğlumun dərs keçdiyi savadsızlar bu gün meydan sulayır, özbaşınalıq edir. Kənd Təsərrüfatı nazirliyinə yerləşdirilmiş savadsız kadrlar və qeyri ixtisas sahibləri Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində pul və rüşvət üstündə təpik-yumruq davasına çıxırlar, çünki bunlar bu sahənin adamları deyillər və məqsədləri rüşvət yığmaq, kənd təsərrüfatını məhv etməkdir.

İki il ərzində etdiyim minlərlə müraciətlərimə cavab verilir ki, oğlunuzun əmək müqaviləsinin müddəti başa çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Mən isə bütün müraciətlərimdə qeyd edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndinə əsasən oğlumun əmək müqaviləsinə xitam verilə bilməz, cünki o Şəhid və Qarabağ veteranı qardaşıdır. Dəfələrlə qeyd etmişəm ki, Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə qəbul edilmiş konstitusiyamızda qeyd olunur ki, Nazirlər Kabinetinin qərarları dərc olunduğu andan qüvvəyə minir və icrası məcburidir.

Min dəfələrlə qeyd etdiyim kimi oğlumun əmək müqaviləsinə xitam verilməsinin səbəbi Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilməməyimizdir və həmin təşkilatda yeganə Şəhid və Qarabağ veteranı qardaşı oğlum idi, onu da işdən azad etdilər.

Möhtərəm cənab prezident!

Ona görə Sizdən xahiş edirəm Nazirlər Kabinetinin qərarının qeyd şərtsiz icra olunması üçün qəti tapşırıq verəsiniz. Çünki Nazirlər Kabineti ən yuxarı icra orqanıdır.

Hörmətlə:

Həsənova Ceyran Məhəmməd qızı.

Şəhid və Qarabağ veteranı anası.

Tovuz rayonu, Vahidli kəndi.

 




Paylaş:


Müəllif : Tarix:
17-10-2023, 08:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər