reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda YENİ BÖHRAN: Dərmanlar qəhətə çəkildi, qiymətlər qalxdı... - NƏ BAŞ VERİR?

reklam

Naxçıvanda YENİ BÖHRAN: Dərmanlar qəhətə çəkildi, qiymətlər qalxdı... - NƏ BAŞ VERİR?








Naxçıvandakı apteklərdə bəzi dərmanlar yoxa çıxıb, digərlərinin isə qiyməti ortalama iki dəfə qaldırılıb. Ən çox bahlaşan dərmanlar əsasən antibiotik qrupuna aid olanlardır. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir k, axtardıqları dərmanların əksəriyyətini apteklərdə tapa bilmirlər. Tapa bildiklərinin bir çoxunu isə, baha olduğundan ala bilmirlər. Bu səbəblərdən xəstə yaxınları dərman üçün Bakıya, yaxud da qonşu ölkələrə üz tuturlar.

Şərur rayon sakini Kamil Vəliyev deyir ki, davamlı aldığı “Aspirin Kardio” iki dəfədən artıq bahalaşdığından, qohumları bu dərmanı Bakıdan alıb, ona göndərirlər:

“Naxçıvanda kifayət qədər Əczaxana var. Ancaq, xtarılan dərman vasitələri çox zaman tapılmır, ya da baha qiymətə olur. İnsanlar məcbur qalıb, əvəzedicilərindən istifadə edirlər. Onlar da çox vaxt uğun gəlmir. Ürəyimdən əməliyyat olmuşam. İki ildir müxtəlif dərmanlardan istifadə edirəm. Onların da qiyməti qalxıb. Məsələn, daim istifadə etdiyim “Aspirin kardio”nu həmişə 4.30 manata alırdım, indi 10 manata qaldırıblar. Bir dəfə alanda, büdcəyə çox təsir etməyə bilər. Mən isə, hər gün qəbul etməıliyəm bu dərmanı. Ona görə də, qohumlardan xahiş etmişəm, Bakıdan alıb göndəriblər”.

Culfa rayon sakini Mürsəl Hacıyev isə deyir ki, həkim yazdığı dərmanların əksəriyyəti apteklərdə olmadığı üçün Türkiyəyə üz tutmağa məcbur olub:

“Dərmanlar təcili lazım idi deyə, özüm Türkiyəyə getdim. Əksəriyyəti Naxçıvandakı apteklərdə yox idi, olanlar da çox bahadır. Məsələn, Türkiyədən 7 manata aldığım bir antibiotik Naxçıvanda 40 manata satılır. Bu səbədən çox adam Türkiyədəki qohumlarından xahiş edir ki, oradan alıb göndərsinlər. Bu, vaxt aparsa da xeyli ucuz başa gəlir“.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyinə sorğu göndərsək də, cavab ala bilmədik.

Ötən ilin sonlarına kimi Naxçıvanın dərman təchizatını o vaxtkı hakim ailə Talıbovlara məxsus “Nəqşicahan MED” MMC həyata keçirirdi. Siyasi dəyişikliklərdən sonra əksər şirkətlər kimi bu MMC də yeni rəhbərliyin nəzarəti altına keçib. Bundan sonra MMC-nin fəaliyyəti zəifləməyə başlayıb. Hazırda isə iflas ərəfəsində olan şirkət işçilərinin əksəriyyətini ixtisar edib, yerdə qalanların maaşını ödəmək üçün isə, maliyyə tapa bilmir.





Paylaş:


Müəllif : Tarix:
18-10-2023, 12:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər