Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun” - QALMAQAL
Siraqəddin Cabbarov adı Aran zonasında kifayət qədər məşhurdur. Onunla tanışlıq üçün internet resurslarında qısa ekskursiya kifayətdir.
Cabbarovun adı adam döydürmək, qəbuldan qovmaq, büdcə vəsaitini mənimsəmək, müxalifətçinin toyunu pozmaq və s. hadisələrə qədər hallanıb.
Bütün bu informasiyalar onun Saatlının icra başçısı olduğu dövrdə yayılıb. Rayon əhalisi S.Cabbarovdan kütləvi şəkildə narazı idi və onun bu rayondan göndərilməsi əsl toy-bayram olmuşdu.
Hərçənd, sakinlərin arzusu ürəyində qaldı, çünki yerinə Sabirabaddakı həmkarı, əməllərində ondan çox da geri qalmayan Nazim İsmayılov gətirildi.
S.Cabbarovun isə Saatlıya İH başçısı təyin olunması çoxlu suallar doğurdu. Güman olunurdu ki, eyni əməlləri Sabirabadda təkrarlamayacaq. Lakin gələn məlumatlar, müraciətlər belə demir.
Bu müraciətlərdən birinin müəllifi Sabirabadın məşhur YAP üzvü, rayonun fəallarından, ağsaqqallarından hesab olunan Abuzər Əhədovdur. O, Sabirabadın Şəhriyar kənd sakinidir.
A.Əhədov Reportyor.info-ya video müsahibəsində rayondakı vəziyyətdən, S.Cabbarovun fəaliyyətindən danışıb. Onunla söhbətimizi təqdim edirik:
– Abuzər müəllim, özünüzü təqdim edin…
– Mən uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Quşçuluq stansiyasının müdiri postundan poçt direktoruna qədər vəzifələr tutmuşam. Bu günə kimi də vicdanla xidmət eləmişəm və dövlətimə bağlı olmuşam. Ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam, Bəylər Əyyubovun mühafizə xidmətində fəaliyyət göstərmişəm.
Heydər Əliyevin gəlişində bizim əməyimiz olub, onu qaragüruh, təxribatçı qüvvələrdən qorumuşuq.
Və indiyə qədər tutduğum vəzifələrdə bir qəpik də dövlətin malında gözüm olmayıb, qapımda velosipedim belə yoxdur.
Amma bu gün bir çox məmurlar var ki, dövlətdən talan elədikləri pulla varlanıblar, mal-mülk, biznes sahibi olublar. Onlar imkan vermir ki, əhali rahat yaşasın. Belələri bizim rayonda da var.
– Kimləri nəzərdə tutursunuz?
– Biri elə başımıza bəla gələn Sabirabadın təzə icra başçısı Siraqəddin Cabbarovdur. Gələn gündən əhaliyə qənim kəsilib, adamları döyməyə, təhqir etməyə başlayıb. Saatlıdakı işini davam etdirir.
Onun I müavini Həsən Həsənov da əsas köməkçisidir. Həsən Həsənov Siraqəddin Cabbarova məni səhv təqdim edib.
Guya qorxaq adamam, pis adamam. Biz kənd sakinləri ilə 15 nəfər onun qəbuluna gedəndə başçə çatar-çatmaz məni vurdu.
Bu ağsaqqal yaşımda məmurdan zərə gördüm və mənə əl qaldırmağa xəcalət çəkmədi. Çünki Saatlıda adam döymək onun üçün adi hal idi, Sabirabadda da onlarla adamı vurub.
Siz təsəvvür edin ki, mən güc-bəla canımı qurtardım, camaatın içində gizləndim. Həsən Həsənov ona nə məruzə eləmişdisə, artıq hazır vəziyyətdə bizi qarşıladı. Onun borcu vətəndaşları dinləmək, problemini həll eləməkdir. Biz ona sözümüzü deyə bilmədik.
O hadisədən bəri Cabbarovun əlindən doğma Sabirabadımda yaşaya bilmirəm. Gah bir içki düşkününə pul verdi ki, məni vursun. O adam da pulu götürüb aradan çıxıb, camaat içində deyib ki, ağsaqqala əl uzatmaram. Sonra maşınla sui-qəsd eləməyə cəhd göstərdi, polisə müqavimətlə tutdurmaq istədi.
Bütün bunlar alınmayanda məhkəməyə əl atmağa hazırlaşır. Siraqəddin Cabbarovun məqsədi nədir, bilmirəm, mənə “gün verir, işıq vermir”.
Görünür ki, rayonda həqiqəti deyə adam olmasını istəmir, hamını gözüqıpıqlı eləmək fikrindədir. Bu da alınmaz.
– Bəs, onun gəlişi Sabirabadda yaxşı mənada nəyi dəyişib, hansı işlər görülür?
– “Yaxşı” mənada o dəyişib ki, gələndən pul yığmaqla məşğuldur. Sabirabad üçün heç bir iş görməyib. Direktorlardan pul yığdırır. Hər gün maşın dəyişir, amma gözü doymur.
Mən də vəzifələrdə olmuşam, amma qapımda bir maşınım yoxdur. Ancaq bu adamların sərvəti misilsizdir.
Onun I müavini Həsən Həsənovun Binəqədidə, Badamdarda, aeroport yolunda evləri var, rayondakıları hələ demirəm. Bu adamın rayonda adı “Qəmlo”dur. Cabbarov da “kərbəlayı İsmayıl” kimi özünü aparır.
Bu məmurlar hesabat verməlidirlər ki, hansı pulla mal-mülk qazanmısan. Qoymaram ki, dövlətin pulunu yeyib xalqı aldadasınız.
Mənə deyir ki, nədən narazısan, oğlun “Dost” mərkəzdə işləyir, özün pensiya alırsan. Bunu deməyin özü ayıbdır.
Bəs sənin sərvətlərin haradandır? Bax, bunları deməyim onların xoşuna gəlmir. Mən özümü təhlükədə hiss edirəm.
Dövlətdən istəyim odur ki, Heydər Əliyevçi, YAP-a sədaqətli, dövlətə sadiq bir ziyalı kimi mənə sahib çıxsınlar. Bu gedişlə icra başçısı məni hansısa yolla öldürməyə qalxacaq.
Mənə sahib çıxın, fəryadımı eşidin! Saatlıda bu cür əməlləri çox olub, indi Sabirabada keçib. Bu məmuru durdurmaq lazımdır.
– Onun Saatlıda konkret əməlini açıqlaya bilərsiniz?
Saatlıda işlədiyi dövrdə 20 nəfər tutdurmuşdu. Kim ondan şikayətçidirsə, kim haqqını tələb edirsə, kim qəbuluna gəlib sözü üzünə deyirsə, onun düşməni idi.
Gah vətəndaşa sutkalıq həbs verdirirdi, gah qoçuları vasitəsi ilə hədələyirdi. Bilmək olmur ki, prezidentin səlahiyyətli nümayəndəsidir yoxsa qolçomaqdır.
Cənab İlham Əliyev ona rayonu tapşırıb ki, işləsin, xalqı dinləsin, şikayətçini eşitsin. Bu isə qapıdan qovur, tutdurur. Saatlıda dostumuz Abbasəli Həsənovun axırına çıxdı.
Onun obyektini buldozerə verib şumladı. İnsandır da, min əziyyətlə tikib qurmuşdu, çörək yeri idi, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Bir işi qurmaq indiki zəmanədə nə qədər ağırdır.
Amma Cabbarov obyektini yerlə-yeksan elədi. O bədbəxt də stress keçirdi, yolda başı yerə dəydi, qəfildən öldü. İnsanları bax belə-belə məhv edirlər. İndi də Sabirabada “qan uddurmağa” gəlib.
Bütün pullar onun kimi məmurlardadır, camaat isə dolanışığa pul tapmır. Prezident bu millətdən ötəri canını qoyub, bu məmurlar isə onun əleyhinə gedirlər.
Siraqəddin Cabbarov normal adam deyil, insanlarla kobuddur, qəbuluna gələni hədələyir, döyür.
Cənab prezident, sənə qurban olum, Heydər Əliyevin goruna qurban olum, mənə kömək eləyin, bu adamdan xilas eləyin, dövlətimə fəryad edirəm.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-09-2019, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-09-2019, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16