reklam
Regionxeberlericom.az » Gündəm » Hərbi xidmətdən “neqodni” alanlara PİS XƏBƏR! Təkrar yoxlamadan KEÇƏCƏKLƏR

reklam

Hərbi xidmətdən “neqodni” alanlara PİS XƏBƏR! Təkrar yoxlamadan KEÇƏCƏKLƏR

















“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik təklif edilib. 

Dəyişikliyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. 

Gözlənilən dəyişikliklə bağlı Cebhe.info-ya danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, qərarın bütün detalları ictimaiyyətə açıqlanmalıdır:

“Çağırışçıların komissiyadan keçməsi əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlərt Xidmətinin yerli və ölkədə olan tibb müəssisələri tərəfindən həyata keçirilirdi. İndi neqativ halların qarşısını almaq üçün belə bir təklif irəli sürüblər. Əslinə qalsa, bu məsələ bu şəkildə qoyulmamalıdır. Bu, bir dövlət qurumunun digər qurumuna inamsızlığı görüntüsü yaradır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komissiyasının mütəxəssisləri və həkimləri var. Hərçənd ki, bu qurumun yaradılmasına qarşı çıxış etmişəm, çünki əlavə bir qurumun yaradılmasına ehtiyac yox idi”. 

O hesab edir ki, bu, prosesi ləngidəcək: 

“İndi ƏƏSMN özü haqqında cəmiyyətdə bir fikir formalaşdırıb ki, guya bunlar saxta əlilliklə bağlı mübarizə aparırlar və s. Mən də alqışlayıram. Amma bu, o demək deyil ki, insanlar bundan əziyyət çəkməlidirlər. Siz təsəvvür edin ki, həkim komissiyasının bir hissəsi SHXÇDX üzrə rayon, şəhər idarə və şöbələrində, yerdə qalanları isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkim komissiyasında keçirəcək. Adamda sual yaranır ki, niyə?! Yenə də deyirəm ki, bu, əlavə bürokratik əngəldir.

Misal gətirirəm, Müdafiə Nazirliyinin hərbi həkim komissiyası rəy verir ki, hərbçi hərbi xidmət dövründə xəsarət alıb, ona əlillik təyin olunmalıdır. Dərəcəsinin təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Nazirlik Müdafiə Nazirliyinin göndərdiyi göndərişi və xidmət vaxtı xəsarət alan şəxsi qəbul eləmir. Deyir ki, əlillik təyin eləmirik, çünki düşmür. İndiki halda da çağırışçılarla bağlı deyilir ki, bu, neqativ halların qarşısının alınması məqsədilə edilir. Amma bu, heç də kənardan yaxşı təsir bağışlamır.

İndiki halda ƏƏSMN-nin komissiyasının yoxlanması əsla düzgün yanaşma deyil. Onda ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan tibb komisssiyalar ləğv olunmalıdır. Onu da ləğv eləmirlər. İnsanlar bir komissiyadan, ikinci, üçüncü komissiyadan keçir, bu da insanları incitmək deməkdir. Belə olmamalıdır. Bu, prosesi uzadacaq və insanlar arasında narazılıq yaradacaq. Mən qeydiyyatda olduğum rayonun komissiyasından keçirəmsə, buna hörmətlə yanaşılmalıdır”. 

Ekspert deyib ki, hərbi xidmətə yararsız hesab edilənlərin də təkrar, yəni müddətli yoxlanması bu qurum tərəfindən aparılacaq: 

“Guya kiməsə saxta şəkildə hərbi xidmətdən möhlət verilib. Yəni onlar çağırılmaqla yoxlanılacaqlar. Təsəvvür edin ki, insan dağ rayonundan ya Bakıya gəlməli, ya da nazirliyin regional idarəsinin həkimlərindən keçməlidir. Gədəbəyli Gəncəyə, Zaqatalada yaşayan Şəkiyə getməlidir”




Paylaş:


Müəllif : Tarix:
19-10-2023, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər