"İcra başçısına müraciət etdikdən sonra mənə 50 manat kömək göstərib" - Cəlilabad sakini NARAZILIQ EDİR...
Regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, Cəlilabad rayonu, Moranlı kənd sakini Mirzəyev Ruslan Xudayar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qanunsuz olaraq sosial yardım vermirlər:
"Mən, Mirzəyev Ruslan Xudayar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bir neçə il torpağıma "SUN" açdırmaqla sosial yardım almışam(SUN sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Sığortaedən bu nömrəni əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır). Hal-hazırda mənə deyirlər ki, 6 ay torpağın vergisini aybaay ödədikdən sonra, sosial yardım üçün müraciət edə bilərsiniz.
Hər kəsin bildiyi kimi, mən də bilirəm ki, əkin sahəsinə görə illik ödəniş olunur, heç vaxt aylıq ödəniş etməmişik.
Mən fəhlə adamam, 5 nəfərdən ibarət ailəm var, uşaqlarım məktəbə gedir. Hər ay ödəmək imkanım olsaydı, onda niyə sosial istəyirəm ki?
Kasıbçılıqdan uşaqlarımı məktəbə yola sala bilmirəm. İcra Hakimiyyətinə müraciət etdikdən sonra mənə 50 manat kömək göstərib. Uşaqlarımın isti geyimləri yoxdur, mən onsuz da çarəsiz vəziyyətdəyəm.
Mənim vəziyyətimdən qat-qat yaxşı dolanan ailələr sosial alır, mən niyə almamalıyam?! Çünki vergini ödəyə bilmirəm və pulum yoxdur ki, kiməsə hörmət edim. Altında maşını evi, işi olanların hər biri sosial alır. Heç kəs nəzarət etmir, çünki haram yeməyə öyrəşiblər".
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2023, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər