“AZƏRİQAZ” RƏHBƏRİ MƏHKƏMƏYƏ VERİLDİ – “Hələ heç nə bitməyib, qabaqda bizi gözləyən məhkəmə prosesləri var”
Bakı şəhər sakini Allahverdiyev Nağı Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevdən narazılığını bildirir:
"Mən, Allahverdiyev Nağı Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim məktubumu işıqlandırasınız.
Ötən yazımda da haqsızlığa uğradığımı nəzərinizə çatdırmışdım.
Sizin sayt vasitəsilə “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevə bildirirəm ki, hələ heç nə bitməyib, qabaqda bizi gözləyən məhkəmə prosesləri var.
Cənab Ruslan Əliyev məni "Facebook" hesabınızdan blok etsəniz də, bir yolunu tapıb sizi izləyirəm. Buradan sizə bildirirəm ki, etdiyiniz haqsızlıqların cavabını məhkəmədə verəcəksiniz.
Əhaliyə qeyri-qanuni yazdırdığınız cərimələr, şişirdilmiş məbləğlər, hətta ölkə başçısını belə aldatmağınız gec-tez üzə çıxacaq.
Başınız yeyintiyə qarışdığından, Əmək Məcəlləsindəki maddələri də unutmusunuz. Bildiyiniz bir tək maddə var - 74-ün c bəndi, bütün işçiləri bu maddə ilə çıxarırsız. Arada vaxt edin 16,79-cu maddələrə də nəzər yetirin, Azərbaycan Respublikasının Əlillik haqqında qanunlarına baxın. Belə fikirləşirəm ki, siz BMT-nin üzvü olduğumuzu unutmusuz.
Cənab Prezidentimizin 2 oktyabr 2008-ci ildə imzaladığı fərmana baxın, bəlkə qanunları, fərmanları oxumaqla irəli gedə biləsiniz. Qanunlar dəyişib, artıq əlillərdə əmək qabiliyyəti yoxdur, deyə bir qanun yoxdur. Əlillər də işləyə bilərlər.
Bütün sənədlərimi məhkəməyə vermişəm, adil, qanuna tabe hakimlər tərəfindən bu işin ədalətli araşdırılıacağı, haqqın yerini tapacağına əminəm".
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2023, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər