“Biz 100-200 manat maaşla işləməliyik?” - Bağlanan məktəblə bağlı açıqlama
“Bir neçə ildir, məktəbimiz mərhələli şəkildə bağlanır, şagird qəbulunu da dayandırıblar. Dərs saatlarımız tamamilə azaldılıb, çox acınacaqlı vəziyyətdəyik. Lakin nə məktəb bağlanır, nə də biz dərslə təmin olunuruq. Bəlkə məktəb 5 ilə bağlanacaq, onda belə çıxır ki, biz 5 il 100-200 AZN maaşa işləməliyik?”
Bu şikayətlə “Qafqazinfo”ya Bakının Səbail rayonu 219 saylı evdə təhsil məktəbinin bir qrup müəllimi müraciət edib.
Onlar iddia edirlər ki, çalışdıqları təhsil müəssisəsi heç bir əsas olmadan bağlanır: “2018-ci ildən etibarən məktəbimizə şagird qəbulu məhdudlaşdırılıb, 2020-ci ildən isə qəbul tamamilə dayandırılıb. Nəticədə məktəb demək olar ki, şagirdsiz qalıb. Şagirdlərimiz digər kütləvi məktəblərin nəzdində təşkil edilmiş evdə təhsilə və xüsusi təhsil məktəblərinə yönləndirilir. Məktəbin bağlanacağını deyirlər, lakin heç bir əsas yoxdur, heç bir qərar yoxdur. Əslində hər bir müəllimin 18 saat dərs yükü olmalıdır, lakin hazırda əksər müəllimlərimizin 8 saat dərsi var. Əgər bağlanırdısa, biz daimi müqavilə ilə işləyən müəllimlər işlə təmin olunmalı idik”.
Şikayətçilərin sözlərinə görə, 142 müəllimin imzası ilə aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb: “Pedaqoji heyətimizin peşəkar fəaliyyəti nəticəsində məktəbimizin bir çox şagirdi sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq, ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Bununla yanaşı milli və beynəlxalq tədbirlərdə, müsabiqələrdə ölkəmizi təmsil edir, nailiyyətlər qazanırlar. Belə köklü və təcrübəli müəllim kontingeti olan, təhsilimiz üçün prioritet sayılan əlilliyi olan şəxslərin təhsilə cəlb edilməsində düz 83 ildir fəaliyyət göstərən bir təhsil ocağının məhv edilib, tarixdən silinməsi hansı səbəblə əsaslandırıla bilər ki?”
Problemlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqların sosial inteqrasiyası üzrə səmərəli işlər aparılır. Sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilinin qanunauyğun şəkildə ümumi təhsil müəssisələrində təşkili əlçatanlıq, bərabərlik və səmərəlilik baxımından məqsədəuyğundur: “Bu səbəbdən 219 nömrəli mərkəzləşmiş evdə təhsil məktəbi modelindən imtina olunaraq həmin şagirdlərin ərazilərinə uyğun ümumi təhsil müəssisələrində təhsilə cəlb olunması məqsədəmüvafiqdir. Hazırda məktəb fəaliyyətini davam etdirsə də, sağlamlığında məhdudiyyətlər olması səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsilinin keyfiyyətinin artırılması, məktəb rəhbərliyi tərəfindən evdə təhsilə cəlb olunmuş uşaqların təlim-tərbiyə işinə nəzarətin artırılması, məktəbin psixoloji xidmətinin həmin uşaqlara müyəssərliyinin təmin olunması məqsədilə onların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur”.
İdarədən həmçinin bildirildi ki, ilk olaraq 219 nömrəli evdə təhsil tam orta məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulub: “Növbəti mərhələdə məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin yaşayış yerlərinə yaxın məktəblərdə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər əraziyə uyğun keyfiyyətli təhsillə, pedaqoji kollektiv isə işlə təmin olunacaq. Şagirdlərin müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün mümkün köməklik göstəriləcək”.
Qeyd edək ki, 1940-ci ildən fəaliyyət göstərən məktəbdə dərslər ümumi təhsil proqramı ilə keçirilir, şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında evdə təhsilə cəlb olunur. Məzun olan şagirdlərə attestat verilir. Təhsil müəssisəsində 142 müəllim çalışır, 367 şagird təhsil alır.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2023, 17:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər